“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - FOTO+ÖZƏL
Ekskluziv
391
22:27, Bu gün

“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - FOTO+ÖZƏL

“Son illərdə “Avroviziya” mahnı müsabiqəsinin Azərbaycan üçün olan nəticələri siyasi anlam daşıyır. Onlar bizim Qarabağdakı nailiyyətlərimizlə razı deyillər, bizi qısqanırlar. Hər yolla çalışırlar Azərbaycana zərər vursunlar. Ermənilərin Qarabağa qayıtmasına dəstək verirlər. Bu mövzuda avropa mətbuatında saysız-hesabsız yazılar yayımlanır. Bu yazılarla insanların beynini “yaxalayırlar”. Onun nəticəsidir ki, sıradan olan, məsələni kökündən o qədər də yaxşı bilməyən avropa vətəndaşı Azərbaycana qarşı belə mövqe alır və ölkəmizlə bağlı hər şeyə mənfi rəy verir. Mən demirəm ki, finala keçməməyimizə səbəb tək budur, amma nəticənin böyük bir hissəsi bu məsələ ilə bağlıdır”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev deyib.

O daha sonra əlavə edib:

“Əslində mən hesab edirəm ki, Azərbaycan o mahnı müsabiqəsində iştirak etməməlidir. Çünki o yarışmanın əsas iştirakçıları da, dinləyiciləri də qeyri-standart insanlardır. Kimləri nəzərdə tutduğumu yəqin ki, bilirsiz?! Ona görə də bizim cəmiyyətimizə ziddir. Həm ona görə, həm də obyektivlikdən uzaq olan nəticələrə görə iştirak etməməliyik. Musiqi tərəfinə gəldikdə isə mən hesab edirəm ki, Azərbaycan hər il ora çox yalnış musiqi üslubu ilə gedir. Bu doğru deyil. Onlara oxşamaq lazım deyil. Bilmirəm bizim tərəfdən bu müsabiqəni kimlər idarə edir?! Heç onların adını da bilmirəm. Bircə onu bilirəm ki, o adamlar avropaya oxşamaq istəyirlər. Onlar kimi oxumaq istəyirlər. Heç vaxt da kopya orijinaldan yaxşı ola bilməz. Biz öz yolumuzla getməliyik. Ola bilər məğlub olarıq, sonuncu yerə çıxarıq. Avropa bizə ildə bir dəfə 600 milyonluq səhnə verir. Biz öz musiqimizi təbliğ etməliyik. Hindistan kimi bir ölkə film çəkir, ora öz milli musiqilərini daxil edir. Yolda kimi saxlayıb soruşsan o dəqiqə biləcəklər ki, bu hind musiqisidir. Niyə? Çünki gecə-gündüz filmlərində bu musiqini təbliğ edirlər. Biz də o yolu tutmalıyıq. “Avroziya”-da birinci olduq da. Nə oldu? Nə verdi o bizə?! Heç bir şey! Birinci olan uşaqlar haradadır indi?! Hərəsi restoranda, orada-burada pul qazanır, ortalıqda da heç nə yoxdur” deyə sənətkar bildirib.

1512041

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər