Media rəqəmsal savadlılıq proqramının ikinci təlimi təşkil olunub
Ekskluziv
232
20:37, Bu gün

Media rəqəmsal savadlılıq proqramının ikinci təlimi təşkil olunub

Media sahəsində rəqəmsal bilik və bacarıqların artırılmasına yönəlmiş proqram çərçivəsində ikinci təlim mərhələsi baş tutub.Təlim Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən Televiziya Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı əsasında həyata keçirilib.

Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində təşkil olunub və əsas məqsədi media sahəsində fəaliyyət göstərən mütəxəssislərin peşəkar inkişafına dəstək göstərməkdir.Təlim zamanı süni intellekt texnologiyalarının mediada tətbiqi, eləcə də effektiv kontent strategiyalarının qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Proqramın əsas hədəfi müasir rəqəmsal tendensiyalara uyğun media bacarıqlarının təkmilləşdirilməsi və jurnalistlərin yeni texnologiyalara inteqrasiyasının gücləndirilməsidir.

Qeyd edək ki, layihə çərçivəsində növbəti təlim 25 may tarixində keçiriləcək.

Pərvin Şakirqızı

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər