“Onlar başa düşməlidirlər ki, Azərbaycanla zarafat eləmək olmaz”
Ekskluziv
177
20:44, Bu gün

“Onlar başa düşməlidirlər ki, Azərbaycanla zarafat eləmək olmaz”

“Prezident İlham Əliyevin 10 may 2026-cı il tarixində Zəngilan sakinləri ilə görüşü və bu görüş əsnasında səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycanla zarafat eləmək olmaz. Azərbaycana qara yaxmaq olmaz. Bunu edən, etməyə cəhd edən hər kəs layiqli cəzasını alacaq”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, Azərbaycan həm 44 günlük Vətən müharibəsində, həm də post-mühariibə dönəmində necə böyük iradə və əzmə malik olduğunu sübut edib:

“Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində yalnız erməni işğalçılarına deyil, həm də onların himayədarlarına öz yerini göstərdi. Xalqımız sübut etdi ki, o, işğalla barışmaq niyyətində deyil və öz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır. Məhz xalqın dəstəyi, ordumuzun qüdrəti, Prezidentimizin dəmir iradəsi sayəsində cəmi 44 gün ərzində düşmən darmadağın edildi, işğaldakı torpaqlarımız azad oldu.

Post-müharibə dönəmində dövlətimiz anti-Azərbaycan qüvvələrinə qarşı siyasi-diplomatik müstəvidə mübarizəni davam etdirdi. Ermənistan, eləcə də onu himayə edən nəhəng güclər diplomatik meydanda da məğlub edildi.

Azərbaycan bu gün də ermənipərəst qüvvələrə qarşı mübarizəsini uğurla davam etdirməkdə, bu mübarizədə böyük uğurlar əldə etməkdədir. Bu uğurların davamlı olması üçün hər kəs, eləcə də mediamız daim Prezidentimizin yanında olmalı, dövlətimizin hər bir addımı dəstəkləməlidir. Yalnız bu halda – birliyimizi, həmrəyliyimizi qoruduğumuz təqdirdə bütün problemlərin öhdəsindən gələ, öz uğurlarımızı davam etdirə bilərik”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər