Bizi sosial şəbəkələrdən izləyin:
"Ermənistan öz dövlət maraqlarına uyğun bir tədbirə ev sahibliyi edərkən niyə Rusiyanın və ya başqa bir ölkənin bunu necə qəbul edəcəyini düşünməlidir? Bu, demokratik Ermənistanda baş verə bilməz. Bu şəxsin təsəvvür etdiyi Ermənistan artıq keçmişdə qalıb, bizim orada heç bir işimiz yoxdur, vətəndaşlar 7 iyunda bu yanaşmanın tarixin zibil qutusunda olduğunu qeyd edəcəklər."
Moderator.az xəbər verir ki, “Qadınlar və Qlobal Təhlükəsizlik Memarlığı” beyin mərkəzinin rəhbəri Armine Marqaryan bunu “Haykakan Jamanak” nəşrinin pavilyonunda rusiyalı oliqarx Samvel Karapetyanın Ukrayna prezidenti Vladimir Zelenskini Ermənistana dəvət etməklə Ermənistanın Rusiyaya qarşı çıxdığı barədə açıqlamasına istinad edərək bildirib.
Karapetyanların Ermənistana 300.000 azərbaycanlının gəldiyi barədə iddialarına toxunan Marqaryan qeyd edir:
"Onlar hər bir erməninin emosiyalarını hədəf alırlar və 300.000 azərbaycanlı məsələsi ilə bağlı spekulyasiyaların çox təhlükəli təbəqələri var. Bu, əxlaqsız bir yalandır. Bu ay ərzində hansı hekayələr və yalanlar yayacaqlarını görmək məni dəhşətə gətirir".
Həmsöhbətin sözlərinə görə, bu qüvvələr Ermənistanı 2020-ci ildən əvvəlki dövrə qaytarmaq istəyirlər.
"Bizim üçün hər şeyi edəcək böyük bir qardaşımız var, bizi 2020-ci ildən əvvəlki dövrə qaytarmaq istəyirlər. Bütün nailiyyətlərimizi silmək, bizi sülhdən geri çəkməyə məcbur etmək üçün gəlmək istəyirlər. Daha bir, iki, üç nəsli qurban verməyə hazırıqmı? Tarixi Ermənistanın ardınca qaçaraq əsl Ermənistanı unuduruq. İnsan resurslarının "top yemi" olduğu hansı ordunu istəyirik? Uşaqlarının Rusiya Federasiyasının vətəndaşı olması və orduda xidmət etməməsi üçün hansı cəmiyyəti qururuq? Biz belə bir şey istəmirik. Biz kölə olmaq istəyirikmi? Qoy olsun, biz istəmirik. Kim istəyirsə, onu buraxsın, yol açıqdır", -deyə erməni qadın vurğulayıb.
S.Laçın