Rusiya narahat olmaya bilər: Ermənistan daha “iki stulda oturmur”!
Ekskluziv
394
18:37, Bu gün

Rusiya narahat olmaya bilər: Ermənistan daha “iki stulda oturmur”!

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Ermənistanla bağlı maraqlı açıqlama verib. Yuri Uşakov Ermənistanın Qərblə artan təmaslarını nəzərətə tutaraq İrəvanın “iki stulda oturmaq” siyasətindən təəssüf duyduqlarını bildirib.

Xatırladaq ki, Ermənistan uzun müddət həm Qərb, həm də Rusiya ilə təmaslarını davam etdirmək, eyni zamanda, iki fərqli qütbə yarınmaqla həqiqətən də “iki stulda oturmağa” cəhd göstərib. Lakin rəsmi İrəvan Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibədən sonra bu siyasətdən nümayişkəranə şəkildə imtina edib. Ermənistanın Kollektiv Təhlükəsizlk Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurması, Rusiya ilə hərbi-siyasi müstəvidə əməkdaşlığı minimuma endirməsi, açıq şəkildə öz nicatını Qərbdə axtarması, ABŞ, Fransa və s ölkələrlə hərbi əməkdaşlığı genişləndirməsi, Rusiyanın əleyhinə baş nazir səviyyəsində çoxsaylı açıqlamaların səsləndirilməsi və s. Ermənistanın artıq “iki stulda oturmadığını” göstərir. Söhbət bugünkü mənzərədən gedirsə, Ermənistanın Rusiyanı öz yaşamının bütün səhifələrindən sildiyi, sözün həqiqi mənasında Qərbə tapındığı göz önündədir. Fransa prezidenti Emmanuel Makronun bugünlərdə Ermənistana etdiyi səfər, bu səfər əsnsında İrəvanla Paris arasında imzalanan saziş və müqavilələr bu aşkar həqiqətin isbatıdır.

Odur ki, Ermənistanın eyni vaxtda “iki stulda oturmasından” Rusiyanın narahat olması üçün heç bir əsas yoxdur.  Nikol Paşinyan artıq 6 ildir ki, Ermənistanı “iki stulda oturmaq” zəhmətindən qurtarıb və görünən odur ki, İrəvan hələ uzun müddət bu “zəhmətə” qatlaşmayacaq.

S. ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər