Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib
Dünya
140
20:10, Bu gün

Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib

Rusiya 8 may saat 00:00-dan mayın 10-na qədər atəşkəs elan edib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atəşkəs müddətində "xüsusi hərbi əməliyyat" zonasında Rusiyanın bütün qoşun qruplaşmaları hərbi əməliyyatları tamamilə dayandıracaq.

Qeyd edilib ki, atəşkəs müddətində Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin yerləşmə məntəqələrinə və Ukrayna ərazisinin dərinliyindəki hərbi-sənaye kompleksi ilə əlaqəli obyektlərə hücumları dayandıracaq.

Rusiya MN Ukraynanı elan edilmiş atəşkəsə riayət etməyə çağırıb.

Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin "xüsusi hərbi əməliyyat" zonasında atəşkəsin pozulmasına və ya yaşayış məntəqələrinə zərbə endirmək cəhdlərinə adekvat cavab verəcəyi vurğulanıb.

"Ukrayna Moskvada 9 May-ın 81-ci ildönümünün qeyd edilməsini pozmağa cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə kütləvi hücum edəcək", - Rusiya MN-in açıqlamasında qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi Kiyevin mülki əhalisini və xarici diplomatları cavab zərbəsi ehtimalına qarşı şəhəri dərhal tərk etmələri barədə xəbərdar edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər