Ukrayna Dağıstanda Rusiyanın raket daşıyan gəmisinə zərbə endirib
Dünya
161
19:27, Bu gün

Ukrayna Dağıstanda Rusiyanın raket daşıyan gəmisinə zərbə endirib

Ukrayna ordusu mayın 7-nə keçən gecə Rusiyanın Dağıstandakı 22800 layihəli “Karakurt” tipli raket daşıyan raket gəmisinə zərbə endirib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, “Kaspiysk”də bazalanan gəmi “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olub. Gəmiyə dəyən ziyanın miqyasının dəqiqləşdirildiyi bildirilib.

Qeyd olunub ki, bu, son bir həftə ərzində vurulan ikinci “Kalibr” daşıyıcısıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər