ABŞ niyə İranı vurur, amma Şimali Koreyaya toxunmur?- Əsl səbəb ortaya çıxdı...
Ekskluziv
760
09:49, Bu gün

ABŞ niyə İranı vurur, amma Şimali Koreyaya toxunmur?- Əsl səbəb ortaya çıxdı...

Dünya Yaxın Şərqdəki münaqişənin şiddətləndiyini izlədiyi bir vaxtda məntiqi bir sual yaranır: Ağ Ev niyə Tehrana qarşı radikal metodlar seçir, amma Pxenyana qarşı təmkin nümayiş etdirir? 
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu sualları Pusan ​​Milli Universitetinin beynəlxalq münasibətlər professoru Robert E. Kelli "19FortyFive"  nəşri üçün yazdığı məqalədə verir.
 
Müəllifin qeyd etdiyi kimi, Donald Tramp administrasiyası İranı bombalamaq üçün rejim dəyişikliyindən tutmuş Hörmüz boğazının təhlükəsizliyinə qədər müxtəlif bəhanələr axtarır. Lakin iki hal arasındakı əsas fərq təkcə nüvə silahlarının mövcudluğunda deyil, həm də qonşu dövlətlərin mövqelərindədir.
 
O izah edir: "İrana qarşı preventiv- qabaqlayıcı müharibəyə başlamaq  Şimali Koreyaya qarşı eyni hərəkəti etməklə müqayisədə çoxdan asan bir iş kimi görünməkdədir. Şünki Yaxın Şərqdəki yerli müttəfiqlərimiz onu dəstəkləyib, Şimal-Şərqi Asiyadakı yerli müttəfiqlərimiz isə buna ehtiyatlı yanaşıb və ya hətta açıq şəkildə qarşı çıxıblar".
 
Mövcud məlumatlara görə, indiyədək ABŞ-ın Şimali Koreyaya zərbə endirmək üçün üç real şansı olub:
 
1994:
 
Klintonun hərəkətə keçə biləcəyi ən real an... Lakin Cimmi Karterin müdaxiləsi və Seulun təmkinliliyi müharibəni başlamağa imkan vermədi...
 
2003: 
 
Oğul Corc Buş, Şimali Koreyanın "şər oxu"na daxil edilməsinə baxmayaraq, Yaxın Şərqlə həddindən artıq məşğul idi...
 
2017: 
 
Tramp Şimali Koreyaya zərbə endirmək variantını düşünürdü, lakin Pxenyanın artıq nüvə "qalxanı" var idi və bu da nəticələri fəlakətli edirdi...
 
Professorun sözlərinə görə, İsrail və Fars körfəzi dövlətləri hazırda ABŞ-ı Tehrana qarşı tədbir görməyə məcbur edirlər.
 
Mətndə qeyd edildiyi kimi, İranda rejim dəyişikliyi və Hörmüz boğazının (iranlılar üçün rüsumsuz) sərbəst keçidə qayıtması, ehtimal ki, yalnız hava hücumlarını deyil, həm də qurudan müdaxiləni tələb edəcək.
 
"Körfəz müttəfiqlərinin razılaşmasının bu gün Tramp üçün problemə çevrilə bilməsi ironikdir. O, açıq-aydın bir çıxış yolu axtarır, müttəfiqləri isə onun işi sonadək bitirməsini istəyirlər", - deyə müəllif yekunlaşdırır.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər