Bizi sosial şəbəkələrdən izləyin:
2026-cı il futbol üzrə dünya çempionatında İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi təklif edilib.
Moderator.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu təklif ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampolli tərəfindən irəli sürülüb.
"Təsdiq edirəm ki, mən Trampa və FIFA prezidenti Canni İnfantinoya dünya çempionatında İranı İtaliya ilə əvəzləməyi təklif etmişəm. Əslən italiyalıyam və İtaliyanı ABŞ-də keçirilən turnirdə görmək mənim üçün bir arzu olardı. Dörd titula sahib olan bu komanda proqrama daxil edilmək üçün tələb olunan bütün keyfiyyətlərə malikdir", - deyə Zampolli qeyd edib.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının G qrupu çərçivəsində İran yığmasının Belçika, Yeni Zelandiya və Misir komandaları ilə qarşılaşması nəzərdə tutulub.
Xatırladaq ki, İtaliya millisi təsnifat mərhələsinin həlledici oyununda Bosniya və Herseqovina komandasına məğlub olaraq turnirə vəsiqə qazana bilməyib.