Qərbin ABŞ-dan hərbi asılılığının azalması NATO-nun sonu ola bilər
Ekskluziv
271
12:01, Bu gün

Qərbin ABŞ-dan hərbi asılılığının azalması NATO-nun sonu ola bilər

Bu, həm də Ağ Evin beynəlxalq aləmdə təklənməsi deməkdir

Avropa Komissiyası Avropa İttifaqının hərbi büdcəsini 10 dəfə artıraraq 131 milyardda çatdırmağı planlaşdırır. Plana əsasən 2034-cü ilə qədər Avropa İttifaqının hərbi büdcəsi bu səviyyəyə yüksəlməlidir.

Xatırladaq ki, son illər artan Rusiya təhlükəsi və ABŞ prezidenti Donald Trampın ölkəsinin NATO-dan çıxa biləcəyi ilə bağlı bəyanatları Avropanı yeni təhlükəsizlik arxitekturası qurmağa təhrik edir. Məhz bu iki təhlükədən sığortalanmaq, mümkün riskləri minimuma endirmək üçün Qərb öz hərbi ittifaqını gücləndirməyə, hərbi büdcəsini kəskin şəkildə artırmağa qərar verib.

Avropa Komissiyasının bu qərarı həm Rusiya, həm də ABŞ təhdidlərinin Qərb tərəfindən kifayət qədər ciddi qəbul edildiyini göstərir. Bundan başqa, məlum qərar onu deməyə əsas verir ki, Qərb ABŞ-ın NATO-dan çıxmasını gözləmədən öz NATO-sunu formalaşdırmaqda qərarlıdır.

Eyni zamanda, Avropa İttifaqının öz hərbi büdcəsini artırması NATO-nun dağılma ehtimalını əhəmiyyətli dərəcədə artırmaqdadır. Çünki təhlükəsizliyini öz imkanları hesabına təmin edəcək Qərb üçün ABŞ-ın şəriksiz lider olduğu NATO-da təmsil olunmaq, bu qurumun saxlanmasına vəsait ayırmaq və Ağ Evin təhdidlərinə dözmək tamamilə gərəksiz olacaq. Əgər Qərb həqiqətən də öz hərbi büdcəsini 10 dəfə artırmağa nail olsa, o zaman NATO Avropa üçün lazımsız quruma çevriləcək, onun üçün öz cazibəsini əhəmiyyətli dərəcədə itirəcək.Bu isə son bir əsrə yaxındır ki, NATO çətiri altında bütün dünyaya öz istəyini diktə edən ABŞ üçün böyük itki, strateji məğlubiyyət deməkdir.

Bu fakt bir daha sübut edir ki, əslində ABŞ-ın Qərbdən asılılığı Qərbin ABŞ-dan asılılığından qat-qat böyükdür və bu asılıq yaxın gələcəkdə daha da arta bilər.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər