ABŞ-da tələbə Netanyahunu oxuduğu universiteti bombalamağa çağırdı...-FOTO
Ekskluziv
508
09:19, Bu gün

ABŞ-da tələbə Netanyahunu oxuduğu universiteti bombalamağa çağırdı...-FOTO

Florida Universitetinin 23 yaşlı tələbəsi Qabriela Saldana, yüzlərlə tələbənin iştirak etdiyi "WhatsApp" qrupunda universitetin konfrans mərkəzinə bomba qoyulacağı barədə məlumat paylaşdıqdan sonra qətl törətməklə hədələməkdə şübhəli bilinərək həbs edilib.
 
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
İş materiallarına görə, qız həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu "universitet tələbələrini bombalamağa" çağırıb.
 

Saxlanılan şəxsin motivləri hələ də aydın deyil, lakin müstəntiqlər mümkün psixoloji problemlərə və ya mövcud geo-siyasi gündəmə radikal şəkildə diqqət çəkmək cəhdinə işarə edirlər. Həbsdən sonra Saldana özü bunun "axmaq bir zarafat" olduğunu iddia edib. 

Tələbə hazırlanan partlayış barədə yalan məlumat verməkdə və kütləvi qırğın silahından istifadə etməklə hədələməkdə ittiham olunur. Universitet rəsmi istintaqın başa çatmasına qədər onu müvəqqəti olaraq dərslərdən kənarlaşdırıb. Məhkəmə ona 5000 dollarlıq  girov pulu təyin edib. İş üzrə məhkəmə iclası ayın sonuna planlaşdırılıb. İstintaq davam edir.

 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər