Ekskluziv
776
15:19, Bu gün

"İlahi, mənə bu şirin səsi öz vətənimdə eşitməyi nəsib et!" - Saakaşvili

 
"İvanişvili bütün çirkli metodlarını məhz Orbandan öyrənib, onların sonu eyni olacaq..."
 
Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstanda keçirilən parlament seçkilərinə münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "gordonua.com" nəşrindəki bloqunda yazıb.
 
Sabiq prezident Pasxa günündə siyasi mesaj verib və regionda dəyişikliklərin qaçılmaz olduğunu deyib. Saakaşvili yazır: "Bu gün baş verənlər təsadüf deyil. Dünən biz Ukrayna ilə birlikdə Pasxanı - yaxşılığın şər üzərində qələbəsini qeyd edərkən, rəmzi olaraq Bidzina İvanişvili və onun yaratdığı sistemin "atası" kimi çıxış edən Viktor Orban də siyasi məğlubiyyətlə üzləşdi.
 
"Onlar eyni üsullarla idarə edir"
 
Mən açıq şəkildə deyirəm: İvanişvili bütün çirkli siyasi metodlarını məhz Orbandan öyrənib. Buraya nifrət üzərində qurulmuş plakatlar, "kişi kişidir, qadın qadındır" kimi populist şüarlar, geniş yayılmış korrupsiya, anti-Avropa ritorikası, xaricdən gətirilmiş "qara piar" texnoloqları, cəmiyyəti müharibə ilə qorxutmaq daxildir. Dünən isə gördük ki, bütün bunlar işləmədi. Orban Macarıstanda məğlub oldu.
 
"Bu səsi öz vətənimdə eşitmək istəyirəm"
 
"İlahi, mənə bu şirin səsi öz vətənimdə eşitməyi nəsib et!". Mən artıq bu səsi eşidirəm və əminəm ki, biz hamımız onu eşitməyə hazır olmalıyıq. Bəli, Gürcüstanla Macarıstan arasında oxşarlıqlar çoxdur. Amma əsas fərq də var: Macarıstanda seçkilər günü saxtakarlıq olmur və orada siyasi məhbuslar yoxdur. Orban, bütün tənqidlərə baxmayaraq, siyasətçidir. Bizdə isə klassik cinayətkarla qarşı-qarşıyayıq. Amma buna baxmayaraq, sonluq eyni olacaq.
 
"Azadlıq dalğası genişlənir"
 
Mən bu gün həm macarları, həm ukraynalıları, həm də gürcüləri bu tarixi qələbə münasibətilə təbrik edirəm. Eyni zamanda, onların ümumi himayədarı olan Vladimir Putinə "başsağlığı" verirəm.
 
Rusiya artıq ardıcıl şəkildə dördüncü dəfə uduzur - Rumıniyada, Moldovada, Fransada yerli seçkilərdə və indi Macarıstanda. Harada seçki keçirilirsə, insanlar qul olmaqdan imtina edir. Mən buna inanıram: bu proses davam edəcək və sonda azadlıq qalib gələcək".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər