"O, hələ Bakı Dövlət Universitetində təhsil aldığı zaman model agentlərinin diqqətini cəlb edib və ona reklam üçün çəkilişlər təklif edilib..."
Oktyabrın 18-də Rusiyanın "Domaşniy" telekanalında dörd seriyalı "Mənim sevimli Racım" detektiv melodramı nümayiş etdirilməyə başlanılıb. Bu film sadə müəllimə Yelenanın və hindli biznesmen Rac Mişranın bütün maneələrə sinə gərən sevgisinə həsr edilib.
Moderator.az xəbər verir ki, bu barədə "kino-teatr.ru" nəşri yazıb.
Məqalədə deyilir ki, Rac rolunu "Domaşniy" telekanalı tamaşaçılarının ötən il nümayiş etdirilən "Ərik acısı" melodramından tanıdığı azərbaycanlı aktyor Rüstəm Cəbrayılov oynayır.
Bizə elə gəlir ki, tezliklə rusiyalı seyricilər Rüstəm haqqında daha çox məlumat əldə etmək istəyəcək. Ona görə də biz aktyor haqqında bəzi məlumatları bölüşmək qərarına gəlmişik.
Rüstəm Cəbrayılov 1986-cı ildə Ukraynanın Luqansk vilayətində anadan olub, beş yaşında ailəsi ilə birgə Bakıya köçüb. Model və aktyorluq karyerası Rüstəmin planlarında olmayıb.
2008-ci ildə o, Bakı Dövlət Universitetinin coğrafiya fakultəsini bitirib və coğrafiya müəllimi olmaq arzusunda olub. Lakin hələ universitetdə oxuduğu zaman Rüstəm model agentlərinin diqqətini cəlb edib və ona reklam üçün çəkilişlər təklif edilib.
Rüstəm Cəbrayılov Azərbaycanın "Azercell" aparıcı mobil rabitə operatorunun şəxsi olduqdan sonra o, "The Best Model of Azerbaijan" milli model müsabiqəsində iştirak etməyə dəvət olunub, burada 13 rəqibini üstələyərək qalib gəlib.
Növbəti, 2007-ci ildə Rüstəm bu müsabiqədə birinci yeri tutub və ölkəsini İstanbulda keçirilən beynəlxalq modellər müsabiqəsində təmsil edərək yenidən qalib gəlib və "Dünyanın ən yaxşı modeli" adına layiq görülüb.
2010-cu ildə Rüstəm Nyu-Yorka köçüb, orada xüsusi model məktəbinə daxil olub və Kinqsboro Kollecində aktyorluq sənətini öyrənib. Lakin model işi aktyor peşəsi kimi qeyri-sabit olduğuna görə Rüstəm dolanışıq üçün təsadüfi işlərlə də məşğul olmalı olub.
Ona görə də moda nümayişi həftəsi ilə reklam üçün çəkilişlər arasında o, ofisiant, şüşəçi və həkim assistenti işləməyə macal tapıb. Əslində bu, onun üçün çətin olmayıb, hələ doğma Bakıda ilk dəfə "Azərbaycanın ən yaxşı modeli" adını qazananda Rüstəm sakitcə tikintidə rəngsaz işləşməyə yollanıb.
Amerikada dörd il yaşayaraq Rüstəm evlənib boşanmağa da macal tapıb, bundan sonra Bakıya qayıdıb, aldığı təhsili praktikada tətbiq etməyə başlayıb və kinoda çəkilib.
2023-cü ildə o, Qarabağ müharibəsinə həsr edilmiş "Doğma torpaq" dramında baş rol alıb. O zaman o, "Domaşniy" telekanalında nümayiş etdirilən "Ərik acısı" melodramında rus qadınının həyatını xilas edən türk həkimi roluna çəkilib.