2583
24 Oct 2023 | 12:11

"Putin uduzacaq, elə HƏMAS da..." - Rişi Sunak

 
"Putini də, HƏMAS-ı da hərəkətə gətirən eyni mötivasiyadır, onların demokratiyanı məhv etmək niyyətidir..."
 
Böyük Britaniyanın baş naziri Kremlin və terrorçuların mötivlərini müqayisə edib
 
Böyük Britaniyanın baş naziri Rişi Sunak İcmalar Palatasında çıxış edərkən HƏMAS-ın İsrailə hücumu ilə Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi arasında paralellər aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "eurointegration.com.ua" nəşri məlumat yayıb.
 
Sunak ötən həftə Yaxın Şərq ölkələrinə səfəri barədə danışıb. O, səfər çərçivəsində İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Fələstin Muxtariyyətinin liderləri ilə görüşüb.
 
"Mən əvvəlcə İsrailə getdim. Bu xalq matəm içindədir. Bu xalq daima təhlükə altındadır. İsrailə qarşı zorakılıq oktyabrın 7-də bitməyib.
 
Hər gün onun şəhərlərinə yüzlərlə raket yağdırılır. HƏMAS isə indiyədək təxminən 200 nəfər, o cümlədən Böyük Britaniya vətəndaşlarını girov saxlayır", - britaniyalı siyasətçi qeyd edib.
 
O, Qüdsdə girovların qohumları ilə görüşündən danışıb.
 
"Onlar dözülməz ağrı içindədir. Onların ağrılarını mən ömrümün sonunadək hiss edəcəyəm", - Sunak etiraf edib və Böyük Britaniyanın terrorçuların caynağından evlərinə dönməsi üçün bütün imkanlardan istifadə edəcəyini vəd edib.
 
"Baş nazir Netanyahu və prezident Hersoqla görüşlərdə mən bir daha İsraili terrordan müdafiəsində qətiyyətlə dəstəklədiymizi söylədim.
 
Mən bir daha beynəlxalq humanitar hüquqa uyğun olaraq davranılmasının və mülki əhaliyə zərər vurulmasından yan keçməyin zəruriliyini vurğuladım", - baş nazir əlavə edib.
 
Onun sözlərinə görə, islamçıların İsrailə miqyaslı hücumu Yaxın Şərqdə "yeni tarazlığın köhnə ixtilafları geridə qoyacağı və irəliyə doğru daha yaxşı, daha təhlükəsiz və çiçəklənən yol açacağı" ilə bağlı qorxu hissindən qaynaqlanıb. 
 
Ehtimal ki, Sunak müxtəlif ərəb ölkələrinin İsrail ilə münasibətlərin normallaşdırılmasına yönələn addımlarını nəzərdə tutub.
 
"Bu, elə Putini Ukraynadakı müharibədə  hərəkətə gətirən motivasiyadır, Ukraynanın müasir, çiçəklənən demokratiyaya çevrilməsi  qorxusu və onu keçmişin hansısa imperialist fantaziyalarına döndərmək istəyidir", - britaniyalı siyasətçi qeyd edib.
 
"Putin uduzacaq, elə HƏMAS da", - Sunak deyib.
 
Bu cür iddialarla həm də ABŞ prezidenti Co Bayden də öz xalqına müraciətində çıxış edib, dəfələrlə Rusiya prezidentini terrorçulara bir sırada olduğunu qeyd edib.
 
Bayden vurğulayıb ki, Putin və HƏMAS dünya üçün təhlükənin müxtəlif tipləri olmasına rəğmən, onları bir şey birləşdirir, bu da demokratiyanı məhv etmək niyyətidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər