Xankəndində qatı dumandır… Vardanyanın arxasında durduğu “prezident”
Ekskluziv
4111
09 Sep 2023 | 11:51

Xankəndində qatı dumandır… Vardanyanın arxasında durduğu “prezident” "seçilir"…-FOTO

"İnşallah, bir gün bütün dumanlar çəkiləcək və separatçılardan, terrorçulardan, “sülhməramlı”lardan təmizlənmiş aydın bir şəhərdə üçrəngli bayrağımızın ucaldığını görəcəyik..."
 
“Bu dəqiqə Stepanakert(Xankəndi-S.L.) meydanında çox az adam toplaşıb və bu onu göstərir ki, artsaxda yaşayan ermənilər çox müdrik insanlardır və bu vəziyyətdə nəyin vacib olduğunu bilirlər”. 
 
Moderator.az  xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, bunu bu gün - sentyabrın 9-da  artıq bir ildən çoxdur ki,  Azərbaycan Respublikası Qarabağ iqtiadi rayonunun bir hissəsində  qanunsuz  ictimai-siyasi və iqtisadi-sosial fəaliyyət göstərən, keçmiş "dövlət naziri", qondarma “artsaxın idarə və inkişaf cəbhəsi” "ictimai hərəkatı"nın koordinatoru Ruben Vardanyan qeyd edib. O, “bütün siyasi qüvvələri artsax naminə birliyə çağırıb”. 
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası ərazisində Kreml tərəfindən  32 il öncə qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “parlament”ində  növbəti qondarma “prezident” “seçkisi” keçirilir.
 
“Parlament”dəki “Azad Vətən”, “Ədalət”, “Daşnaksütyun”, “Artsax demokratik partiyası” fraksiyaları “preziden”tliyə hazırkı “dövlət naziri” Samvel Şahramanyanın namizədliyini kimi irəli sürüb. “Vahid Vətən” fraksiyası isə keçmiş “müdafiə naziri” Samvel Babayanın namizədliyini irəli sürüb. Lakin Qarabağda ardıcıl 10 ildən az yaşaması səbəbindən S.Babayanın namizədliyi qəbul olunmayıb. Odur ki, qondarma kriminal xuntanın “prezident”liyinə yeganə namizəd terrorçu eks-prezident, Xocalı qatili Serjik Sərkisyaın adamı olan Samvel Şahramanyandır...
 
Samvel Babayanın tərəfdarları isə bu gün saat 16:00-da “həmvətənlərini ona dəstək üçün aksiya keçirməyə çağırıblar... 
 
Bu arada dünən axşamdan separatçı rejimin qondarma “prezident” aparatı siyasi dairələrə “prezident”in son dövrlər verdiyi “fərman”a əsasən bəzi hallar istisna olmaqla kütləvi toplantıların qadağan olunduğu və “qanun”u pozanların ciddi cəzalandırılacağı mesajını çatdırıb. Beləliklə, Samvel Babayanın bu gün elan etdiyi mitinq dolayısıyla qadağan olunub. Onun və tərəfdarlarının mitinq keçirməyə cəhd göstərdiyi halda isə “polis”lə qarşıdurma yaranacaq...
 
P.S. Fotodan da göründüyü kimi, bu gün Xankəndində qatı dumandır… İnşallah, bir gün bütün dumnalar çəkiləcək və separatçılardan, terrorçulardan, “sülhməramlı”lardan təmizlənmiş aydın bir şəhərdə üçrəngli bayrağımızın ucaldığını görəcəyik…
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər