Xankəndindəki yeni “prezident” Paşinyanın göstərişlərini kor-koranə icra etməyəcək...
Ekskluziv
3839
09 Sep 2023 | 08:41

Xankəndindəki yeni “prezident” Paşinyanın göstərişlərini kor-koranə icra etməyəcək...

“Sülhməramlıların komandanlığı Ermənistanın Rusiya Federasiyasının ziyanına olan tapşırıqlarını yerinə yetirən şəxslərin Rusiya Federasiyası üçün qəbuledilməz olduğunu açıqlayıb…”
 
Bu gün -9 sentyabr saat 11.00-da Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “parlamenti” “növbədənkənar iclas”da kriminal xuntanın yeni “prezidenti”ni seçəcək. Yeganə namizəd  “eks-prezident” Bako Saakyanın dövründən “milli təhlükəsizlik xidməti”nin direktoru, “təhlükəsizlik şurası”nın katibi kimi yüksək vəzifələrdə çalışan hazırkı “dövlət naziri” Samvel Şahramanyandır. “O, hansı kursu qəbul edəcək?”
 
Moderator.az xəbər verir ki, bu sualı səhər saatlarında “Hraparak” qəzeti  təhlil etməyə çalışıb. 
 
“Ümid edirik ki, əvvəlkindən fərqli olaraq, o, Ermənistan hakimiyyəti ilə şaquli deyil, üfüqi münasibətdə olacaq və Paşinyanın göstərişlərini kor-koranə yerinə yetirməyəcək. Buna baxmayaraq  o, kəskin qarşıdurmaya da getməyəcək”,- erməni nəşri davamında yazır. 
 
Ermənistan qəzeti hesab edir ki, “Şahramanyanı Rusiya xəttinin fiquru hesab etmək çətindir”, lakin “artsax” “prezidenti” ilk növbədə “artsax”ın maraqlarını rəhbər tutmalıdır ki, bu da ərazidə Rusiya Federasiyası “sülhməramlı”ların mövcudluğunu nəzərə almaq və onlarla səmərəli münasibət qurmaq deməkdir…
 
“Sülhməramlıların komandanlığı Ermənistanın Rusiya Federasiyasının ziyanına olan tapşırıqlarını yerinə yetirən şəxslərin Rusiya Federasiyası üçün qəbuledilməz olduğunu açıqlayıb”- deyə “Hraparak” vurğulayır.
 
Qeyd:
 
Fotoda Rusiya hərbçilərindən sol tərəfdə qırmızı xətlə işarələnmiş birinci şəxs Samvel Şahramanyandır... Foto bu il martın 1-də Xocalıda Rusiya "sülhməramlı"larının komandanının vasitəçiliyi ilə rəsmi Bakının göndərdiyi nümayəndə heyəti ilə "Qarabağdakı erməni icmasının" nümayəndələri sayılan bu separatçı məmurlarla  görüşü zamanı çəkilib... Həmin vaxt erməni nümayəndə heyətinin rəhbəri olan Samvel Şahramanyan separatçı-terrorçu rejimin qondarma "təhlükəsizlik şurası"nın katibidir...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər