Güclü zəlzələ yüzlərlə insanın həyatına son qoydu...
Ekskluziv
3742
09 Sep 2023 | 08:15

Güclü zəlzələ yüzlərlə insanın həyatına son qoydu...

Güclü zəlzələ cümə gecəsi Mərakeşi vurdu, yüzlərlə insanın ölümünə və tarixi binaların zədələnməsinə gətirib çıxarıdı.
 
Kişilər, qadınlar və uşaqlar zəlzələdən qorxaraq küçələrdə qalıblar.
 
Moderator.az "Associeted Press" agentliyinə istinadən xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi şənbə günü səhər saatlarında zəlzələ yaxınlığındakı əyalətlərdə ən azı 296 nəfərin öldüyünü bildirib. Bundan əlavə, 153 yaralı müalicə olunmaq üçün xəstəxanalara göndərilib. Nazirlik ən çox zərərin şəhər və qəsəbələrdən kənarda baş verdiyini yazıb.
 
Mərakeşlilər dağıntı və toza çevrilmiş binaların və YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Mərakeşdə köhnə şəhəri əhatə edən məşhur qırmızı divarların hissələrinin zədələndiyini göstərən videolar yayımlayıblar. 
 

Zəlzələ nəticəsində yollara qaya parçaları düşüb, bu səbəbdən xilasedicilərin gəlməsi ləngiyib.

ABŞ Geoloji Tədqiqat Xidməti zəlzələnin ilkin olaraq 6,8 bal gücündə olduğunu, saat 02:11-də baş verdiyini və bir neçə saniyə davam edən sarsıntının olduğunu bildirib. 

Cümə günü baş verən zəlzələnin episentri Mərakeşdən təxminən 70 kilometr (43,5 mil) cənubda, Əl Haouz əyalətinin İqil şəhəri yaxınlığında olub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər