Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikası ərazisində Kreml tərəfindən 32 il öncə qondarılmış separatçı-terrorçu rejimin sabiq “müdafiə naziri” Samvel Babayanın qondarma “prezident”liyə namizədliyini irəli sürməsi üçün təqdim olunmuş sənədlər onun son 10 ildə keçmiş Dağlıq Qarabağda “vətəndaşlıq” və “daimi yaşaması haqqında” arayışı olmadığına görə geri qaytarılıb,
Moderator.az xəbər verir ki, bu haqda “Kavkazskiy uzel” nəşrinə Xankəndindəki qanunsuz “parlament”in qondarma “vitse-spikeri” Qaqik Baqunts danışıb.
Baquntsun sözlərinə görə, “parlament”dəki “Azad Vətən”, “Ədalət”, “Daşnaksütyun”, “Artsax demokratik partiyası” fraksiyaları “preziden”tliyə hazırkı “dövlət naziri” Samvel Şahramanyanın namizədliyini kimi irəli sürüb. “Vahid Vətən” fraksiyası isə Samvel Babayanın namizədliyini irəli sürüb. Lakin deyilən səbəbdən S.Babayanın namizədliyi qəbul olunmayıb. Odur ki, qondarma kriminal xuntanın “prezident”liyinə yeganə namizəd Samvel Şahramanyandır.
Daha əvvəl yayılmış məlumata görə, qanunsuz səsvermə sabah - sentyabrın 9-da “ “parlament”də olacaq. Namizədliyi keçməyən Samvel Babayanın tərəfdarları həmin gün saat 16:00-da “həmvətənlərini ona dəstək üçün aksiya keçirməyə çağırıblar”.
S.Laçın