"Dünyanın 42 ölkəsində oliqarxların köpünü alan mütərəqqi gəlir vergisi var..."
"Rusiya bu ilin ortalarınadək hərbi büdcənin hamısını xərcləyib, yayda isə onu 10 trilyon rubladək artırıb..."
Rusiya Dövlət Duması rusiyalılardan trilyonlarla rubl vəsait qoparmağı planlaşdırır
Rusiyada gəlir vergisini 30 faiz artırmaq lazımdır, bu, Rusiya büdcəsinə əlavə 2, 5 trilyon rubl (təxminən 25 milyard 377 milyon dollar-red.) vəsait gətirəcək.
Moderator.az xəbər verir ki, bu barədə "ura.ru" nəşrinə müsahibəsində Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini Nikolay Arefyev bəyan edib.
Onun sözlərinə görə, müvafiq qanun layihəsi Rusiya parlamentinin aşağı palatasına baxılmaq üçün təqdim edilib, lakin indiyədək hələ müzakirə edilməyib.
Öz müsahibəsində Arefyev qeyd edib ki, Rusiyada zəngin insanların sayı və onların sərvəti artır, Rusiya büdcəsinin kəsiri isə 3, 5 trilyon rubl (təxminən 35 milyard 500 milyon dollar-red.) təşkil edir.
"Bizdə ötən il ərzində daha 22 oliqarx peyda olub. Ölkəmizə qarşı 14 min sanksiya tətbiq edilib. Hər tərəfdə pul qıtlığıdır", - deputat gileylənib.
O, əlavə edib ki, bu təklifdə yeni heç nə yoxdur, "dünyanın 42 ölkəsində oliqarxların köpünü alan mütərəqqi gəlir vergisi var".
Əgər, prezident Putinin fikrincə, ayda 17 min rubldan artıq (təxminən 170 dollar-red.) alanlar orta sinif sayılırsa, orta əmək haqqı isə 76 min rubl (770 dollar-red.) təşkil edirsə və getdikcə artırsa, güman etmək olar ki, gəlir vergisinin artırılması rusiyalıların əhəmiyyətli hissəsini əhatə edəcək.
Pullar Rusiya hökumətinə Ukrayna ilə müharibə aparmaq üçün lazımdır. 2023-cü ilin ortalarınadək Rusiya illik təsdiq edilmiş təxminən 5 trilyon rubl hərbi büdcənin hamısını xərcləyib, yayda isə onu 10 trilyon rubl məbləğinədək artırıb.
Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında federal büdcənin 2, 8 trilyon rubl kəsiri olub, Rusiya xəzinəsinin gəlirləri isə 8 faiz azalıb.