“O, seçilsə, Qarabağda erməni qanı töküləcək… Bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq...
Ekskluziv
3897
07 Sep 2023 | 10:20

“O, seçilsə, Qarabağda erməni qanı töküləcək… Bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq..."

“Rusiyaya onların əmrini yerinə yetirəcək adam lazımdır, o şəxs Şahramanyandır... Bako və Arkadi də rusun balalarıdır…”
 
"Samvel Şahramanyan pis oğlan deyil. Problem ondadır ki, o, Bakoların, Arkadilərin, Araıklərin namizədidir. O, seçiləcəyi təqdirdə əminəm ki, uzağı, 15-20 gün vəzifədə qalacaq. Əminəm ki, onun seçildiyi gün toqquşmalar olacaq, bunun məsuliyyəti bütünlüklə Arayik Arutyunyanın, “Azad Vətən”in və digər əlaltılarının çiynindədir”. 
 
Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşrinə müsahibəsində  Xankəndindəkİ separatçı-terrorçu rejimin qondarma “prezident”i yanında qanunsuz “anti-böhran şurası”nın sədri, müxalifətçi Tiqran Petrosyan söyləyib.
 
O, bildirib ki, “parlament”də oturanların da 99 faizi əlaltıdır. "Müharibə vaxtı zirzəmidən çıxmayıblar, indi bizə prezident seçməyə çıxırlar. Onların seçdiyi prezident hansı legitimliyə malik olmalıdır” - deyə sual edib.
 
Müxbirin “Sizin namizədiniz kimdir?” sualına cavab olaraq T.Petrosyan 2020-ci ilin yazındakı qondarma “seçki”lərdə Araikə alternativ namizəd olmuş  “I turda yüksək nəticələrlə II tura keçən” o vaxtkı “xarici işlər naziri” və hazırda da Paşinyan xətti ilə Sorosun adamı sayılan Masis Mailyana “fürsət verməyi” təklif edib.  
 
“Məntiqli namizəddir. Əgər başqa adam seçilsə, artsaxda erməni qanı töküləcək. Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan Samvel Şahramanyana lobbiçilik edirlər. Deputatlarımız da həmişə prinsipsiz olublar… Sizi əmin edirəm ki, bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq,”- T.Petrosyan belə deyib. 
 
O qeyd edib ki, “təhlükəsizlik şurası”nın keçmiş katibi, general Samvel Babayanla da iki gün öncə görüşüb.. 
 
“Babayan  qanunla artsaxda yaşama müddəti ilə bağlı problem olsa da, namizəd olmaq istəyir. Onların qrupu deyir ki, hər şeyi qanun çərçivəsində edəcəklər. Mən də onlara dedim ki, seçkilərin nəticələrini rəhbər tutsunlar… Rusiyaya onların əmrini yerinə yetirəcək adam lazımdır, o şəxs Şahramanyandır. Bako və Arkadi də rusun balalarıdır. Mən rusların əleyhinə deyiləm. Amma biz Rusiyanın təklifinin nə olduğunu gördük. Lavrovun təklif paketində ermənipərəst məqam yoxdur. Söhbət yuxarıdan Azərbaycana inteqrasiyadan gedir ki, bu da bizim üçün qəbuledilməzdir. Bu adamlar isə tamamilə ruslardan asılıdır”,- deyə “müxlaifət”çi separatçı əlavə edib. 
 
“Şahramanyan seçiləcəyi təqdirdə qarşıdurmaların başlayacağına niyə əminsiniz?” sualına cavabında T.Petrosyan belə deyib:
 
“ Çünki Samvel Babayan susmayacaq. Bu dəqiqə xalqımızın böyük bir hissəsi Bakonun əleyhinədir və onlar Babayana kömək etməyə yox, Bakonun əleyhinə çıxacaqlar”.
 
S.Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər