Öz yurdunda cənnətinə qovuşan ADAM - VİDEO
2734
19 Jun 2023 | 16:07

Öz yurdunda cənnətinə qovuşan ADAM - VİDEO

Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb.
 
Zülfüqar bəy fürsət tapan kimi doğma el-obasını ziyarət edirdi. Yenə o yerlərə pənah gətirmişdi. Ürəyi Kəlbəcərin havası ilə döyünən Zülfüqar bəy axı bir ömür boyu bu günlərin həsrətin çəkmişdi.
 
O, hər dəfə çıxışlarında erməni vəhşiliyindən danışır, Qarabağ həqiqətlərini dünyaya çatdırırdı. Təəssüf ki, onun bu missiyası da yarımçıq qaldı. Zülfüqar Hüseynzadə yaxınlarının yanında, hüzur bulduğu yerdə dünyasını dəyişdi.
 
O, Bərdənin Əliyanlı kəndində doğmalarının yanında torpağa tapşırıldı
 
Allah rəhmət etsin. Yaxınlarının və jurnalist cameəsinin başı sağ olsun!

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər