"Zaur Rzayevin yerinə Elbrus Orucov komandir təyin olunmasaydı, Şuşa işğal edilməzdi..."
Oxunub: 4022
03 May 2023 | 15:23
"Çünki o, doğrudan da Vətənini sevən peşəkar və bacarıqlı sərkərdə, Elbrus Orucovdan fərqli olaraq tabeliyində olan zabit və əsgərlərlə öz arasında qarşılıqlı etibar və sədaqət qazanmış bir komandir idi..."
 
"Azərbaycan ordusunun Ermənistan ərazisinə uğurlu hücumlarından, eləcə də Qarabağdakı müvəffəqiyyətlə nəticələnən, amma yarımçıq dayandırılmış azadetmə əməliyyatlarından sonra ermənilərdə belə bir təəssürat yaranırdı ki, Azərbaycan öz torpaqlarını azad etmək və Ermənistana qalib gəlmək gücünə malikdir, lakin nədənsə məqsədyönlü şəkildə bunu etmir..."
 
Əvvəllər də qeyd etdiyimiz kimi,  2020-ci ilin 44 günlük savaşında işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsindən bəri Moskva Azərbaycan və Ermənistandakı agentura şəbəkələri vasitəsilə Qarabağdakı durumu hər vəchlə 1988-1994-cü il səviyyəsinə çatdırmağa, yəni proseslərin müstəqil(!) Azərbaycan dövlətinin öz təşəbbüsü ilə deyil, Kremlin istək, plan və ssenarisi əsasında yönəldilməsinə, daim təxribatların törədilməsinə, Azərbaycanın hərbi və siyasi-diplomatik təşəbbüslərinin yarımçıq saxlanmasına və s. çalışır.  Bu gün rəsmi Moskvanın Laçın rayonunda - Ermənistanla sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsi qurmasına reaksiyası və ümumiyyətlə, Yuxarı Qarabağın digər ərazilərinin, xüsusən də Xankəndi və Xocalının nəzarətə götürülməsi cəhdlərimizi əngəlləməyə çalışması da bunun sübutudur. Bir sözlə, keçmiş səhvləri təkrarlamamaq və tarixdən ibrət dərsləri almaq üçün o dövrün təcrübəsini öyrənməkdə fayda vardır...  
 
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını  tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğalıyla müşayiət olunduğu bir dövrdə - 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş  keçmiş nazir  Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır...
 
1992-ci il aprelin 27-də Zəngilan rayonunun Şayıflı kəndindən başlanmış əməliyyatdan təxminən bir il sonra -1993-cü il aprelin 10-da cəsur komandir Firudin Şabanovun rəhbərliyi ilə Zəngilandan Qafan-Meğri istiqamətində daha bir uğurlu əməliyyat keçirilmişdi. Təəssüf ki, ordumuz 40-50 km Ermənistanın içərilərinə irəlilədikdən sonra yenə də rəhbərliyin göstərişi ilə əməliyyat yarımçıq dayandırılmışdı...
 
Azərbaycanın igid hərbçiləri mənim Prezidentin cəbhə zonasında səlahiyyətli nümayəndəsi olduğum və sonrakı dövrdə də belə uğurlu, lakin, əfsus ki, yarımçıq dayandırılmış əməliyyatların çox şahidi olub...
 
...28 avqust 1992-ci ildə  Milli Ordumuzun birləşmələri bundan öncə dəfələrlə erməni hücumlarına məruz qalmış Gədəbəy rayonu ərazisindən hücuma keçərək Ermənistanın Krasnoselsk rayonunun Orconikidze kəndi və orada olan yüksəklikləri azad etmişlər. Yenə də onlara əlavə kömək göndərilməmiş, əksinə, geri çəkilmək əmri verilmişdir...
 
3 oktyabr  1992-ci ildə  Laçın rayonunun cənub - Qubadlı istiqamətindən kəndlərinin azad olunması əməliyyatlarında iştirak edən tabor komandiri,  sonradan Milli Qəhrəman adına layiq görülmüş  Əliyar Əliyev  rayonun Fətəlipəyə kəndi yaxınlığında, yəni rayon mərkəzinə  10-15 km qalmış müəmmalı şəraitdə şəhid oldu. Və komandanlığın göstərişi ilə əməliyyat dayandırıldı.  Belə ki, həmin hücumla paralel  Milli Ordu əsgərləri Laçın polis tağımının döyüşçüləri ilə birgə Laçın rayonunun şimalından  - Kəlbəcər istiqamətindən  kəndləri azad edərək təxminən oktyabrın 8-də rayon mərkəzinə daxil olmalı və cənubdan gələn qüvvələrlə birləşməli idilər.  Təəssüf ki,  şimaldan gələn qüvvələrimiz 7 oktyabr 1992-ci ildə Laçın rayon mərkəzinə 6 km qalmış - Mərkiz yüksəkliyindəki tele-qüllə və Sus kəndi istiqamətində hərəkət edərkən respublikanın siyasi və hərbi rəhbərlikləri şifro-teleqramla onların da hücumunu dayandıraraq geri çəkilmələri haqda əmr veriblər...  
 
29 dekabr 1992-ci ildə Milli Ordumuzun birləşmələri Tovuz rayonundan Ermənistanın Berd rayonu, Gədəbəy rayonundan Ermənistanın  Krasnoselsk və Qazax rayonundan  Ermənistanın İcevan və Noyemberyan rayonları istiqamətində əlaqəli və planlı şəkildə hücuma keçərək düşmən qüvvələrinin yerləşdiyi tarixi ərazilərimizə daxil olub və bir neçə yaşayış məntəqəsini ələ keçirib. Ordumuz bundan sonra daha da irəliləyərək işğalçı ölkənin adı çəkilən rayon mərkəzlərini də ələ keçirməkdə ikən Müdafiə Nazirliyindən əlavə kömək göndərmək əvəzinə, hərbi birləşmə komandirlərinə geri çəkilmək əmri verilib...
Belə misalların sayını kifayət qədər artırmaq olar.
 
Maraqlıdır ki, ordumuzun Ermənistan ərazisinə daxil olduğu bu cür hallarda həmişə geri çəkilmə haqda əmr verilərkən adı çəkilən sərhədyanı rayonların keçmiş Dağlıq Qarabağla sərhəddə olmadığı əsas gətirilib. Halbuki, düşmənin də Ermənistan ərazisindən hücuma keçərək sərhədyanı Laçın, Kəlbəcər, Zəngilan və s. əraziləri işğal etməsi və bizim də Ermənistan ərazisinə daxil olmaqla erməniləri işğal etdikləri Azərbaycan Respublikası ərazilərindən çıxarmağımızın mümkünlüyü nəzərə alınmayıb. Özü  də Milli Ordu və polis qüvvələrimiz hər dəfə ermənilərin işğalına cavab olaraq hücuma keçib Ermənistan ərazisinin müəyyən hissəsini ələ keçirdikdən sonra düşmənlər dərhal hiyləgərcəsinə Azərbaycan tərəfinə atəşkəs barədə müraciət edir, atəşkəs əldə olunduqdan bir müddət sonra isə qüvvələrini toplayıb yenidən Azərbaycan torpaqlarına soxulurdular. Məsələn, 1992-ci ilin dekabrında ordumuzun  Zəngilan istiqamətindəki hücumundan sonra ermənilərin xahişi ilə atəşkəs elan edildikdən az sonra Ermənistan ordusu gözlənilmədən hücuma keçərək neçə-neçə sərhədyanı kəndimizi işğal etmiş və onların sakinlərini qətliama məruz qoymuşdu...
 
Bir sözlə, belə qənaətə gəlinir ki, 1992-1993-cü illərdə Azərbaycanın ərazi bütövluyü uğrundakı döyüşlərdə ümumilikdə Azərbaycan əsgəri əlindən gələni edərək üzərinə düşən vəzifələri maksimum yerinə yetirməyə çalışıb. Lakin o vaxtkı hakimiyyət bundan sanki sui-istifadə edirdi. Nəticədə Azərbaycan ordusunun Ermənistan ərazisinə uğurlu hücumlarından, eləcə də Qarabağdakı müvəffəqiyyətlə nəticələnən, amma yarımçıq dayandırılmış azadetmə əməliyyatlarından sonra ermənilərdə belə bir təəssürat yaranırdı ki, Azərbaycan öz torpaqlarını azad etmək və Ermənistana qalib gəlmək gücünə malikdir, lakin nədənsə məqsədyönlü şəkildə bunu etmir...
 
Hesab edirəm ki, Şuşa və Laçın rayonlarının işğalına səbəblər arasında da obyektiv amillərdən çox məhz bu cür subyektiv amillər  böyük rol oynayıb.  Bunlardan biri öncə qeyd etdiyimiz kimi, 1992-ci il aprelin 27-də Zəngilandan Qafan-Meğri istiqamətində keçirilmiş əməliyyatın durdurulması idi. Şuşa və Laçının işğalına aparan digər subyektiv və zənnimcə, əsas amil Müdafiə Nazirliyi tərəfindən həmin bölgədəki hərbi birləşmələrdə aparılmış struktur və kadr dəyişiklikləri olub. Belə ki, 1992-ci il aprelin sonunda müdafiə naziri Rəhim Qazıyev  Şuşa və Laçın ərazisindəki briqadaya komandirlik edən polkovnik Zaur(yaxud Zadir) Rzayevi  polkovnik-leytenant Elbrus Orucovla əvəzləyir, Zaur Rzayev isə Kəlbəcər istiqamətinə göndərilir. Nazirin 30 aprel 1992-ci il tarixli 0151 saylı əmri ilə isə 1988-ci ildən bəri Laçın rayonunun həm Ermənistan, həm də keçmiş Dağlıq Qarabağ istiqamətindən müdafiəsini təşkil edən  Arif Paşayevin komandirlik etdiyi   811 saylı hərbi hissəni, yəni əlahiddə Laçın dağ-atıcı alayını ləğv edərək onu yeni briqada komandiri Elbrus Orucovun tabeliyinə verilir.
Şuşa və Laçının işğalı ərəfəsindəki və sonrakı hadisələrin  təhlili göstərir  ki, Şuşanın  işğalından az əvvəl Zaur Rzayevin Elbrus Orucovla əvəzlənməsi, eləcə də Laçın alayının ləğvi və nəticədə hərbi birləşmələrdə pərakəndəlik yaranması həmin bölgələrin işğalına şərait yaradıb. Əgər Zaur Rzayev briqada komandiri kimi Şuşa və Laçın ərazilərində qalsaydı, həmin bölgələr heç bir vaxt işğal olunmazdı. Çünki o, doğrudan da Vətənini sevən peşəkar və bacarıqlı sərkərdə, Elbrus Orucovdan fərqli olaraq tabeliyində olan zabit və əsgərlərlə öz arasında qarşılıqlı etibar və sədaqət qazanmış bir komandir idi. İkincisi də, o, artıq bir müddət bəhs edilən bölgələrdə olduğundan həmin ərazilərin əməliyyat və relyef şəraitini də mənimsəmişdi. Dediklərimizi Zaur Rzayevin sonradan -1992-ci ilin yay-payızında  Kəlbəcər istiqamətindəki briqadanın komandiri kimi Laçın rayonunun onlarla kəndinin azad edilməsinə və  ordumuzun Laçın şəhərinin 4-5 kilometrliyinədək gəlib çıxmasına nail olması da sübut edir. Təəssüf ki, öncə qeyd etdiyimiz kimi, o dövrkü hərbi-siyasi komandanlığın xəyanətə bərabər əmrləriylə həmin hücum da dayandırılmışdı... Amma bir komandir kimi məhz həmin əməliyyatlardakı uğurlarına görə Zaur Rzayev 1992-ci il oktyabrın 19-da Prezident fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb...
 
O vaxtkı müdafiə naziri Rəhim Qazıyevin sonrakı açıqlamalarında 1992-ci il aprelin 30-da Laçın alayının ləğv olunmasıyla bağlı əmrin verilməsinə əsas səbəbkar kimi günahlandırdığı sabiq Baş Qərargah rəisi Şahin Musayevə gəlincə....
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Oxşar xəbərlər
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  " “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
GÜNLÜK
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)