Sabiq nazir Qafan-Meğri istiqamətində yarımçıq dayandırılmış əməliyyatdan danışdı...
Ekskluziv
Oxunub: 5131
29 Apr 2023 | 15:33
Sabiq nazir Qafan-Meğri istiqamətində yarımçıq dayandırılmış əməliyyatdan danışdı...
“Əlisaab Orucov  Rəhim Qazıyevə “Atəş dayanmayacaq, qüvvələr də geri çəkilməyəcək – deyib, əsəbi halda telefon dəstəyini rabitəçiyə verdi...”
 
“Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir...”-Qurani-Kərim
 
Əvvəllər də qeyd etdiyimiz kimi,  2020-ci ilin 44 günlük savaşında işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsindən bəri Moskva Azərbaycan və Ermənistandakı agentura şəbəkələri vasitəsilə Qarabağdakı durumu hər vəchlə 1988-1994-cü il səviyyəsinə çatdırmağa, yəni proseslərin müstəqil(!) Azərbaycan dövlətinin öz təşəbbüsü ilə deyil, Kremlin istək, plan və ssenarisi əsasında yönəldilməsinə, daim təxribatların törədilməsinə, Azərbaycanın hərbi və siyasi-diplomatik təşəbbüslərinin yarımçıq saxlanmasına və s. çalışır.  Bu gün rəsmi Moskvanın Laçın rayonunda - Ermənistanla sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsi qurmasına reaksiyası və ümumiyyətlə, Yuxarı Qarabağın digər ərazilərinin, xüsusən də Xankəndi və Xocalının nəzarətə götürülməsi cəhdlərimizi əngəlləməyə çalışması da bunun sübutudur. Bir sözlə, keçmiş səhvləri təkrarlamamaq və tarixdən ibrət dərsləri almaq üçün o dövrün təcrübəsini öyrənməkdə fayda vardır...  
 
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını  tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğalıyla müşayiət olunduğu bir dövrdə - 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş  keçmiş nazir  Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır...
 
“1992-ci il aprelin 26-da məlumat aldıq ki, Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonunun Şayıflı kəndi istiqamətində hücuma keçərək həmin və digər sərhəd kəndlərini güclü atəşə tutublar. O gecə Zəngilana yollandım...
 
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, müharibədə hərbi səlahiyyətim olmasa da, mənim məsləhət və göstərişimlə hesablaşan komandirlərə tabe olduqları yuxarı komandanlıqdan maneə olmasaydı, keçirilən bir sıra hərbi əməliyyatlarda böyük uğurlar qazana bilərdik -yolumuz qələbəyə doğru idi!.. 
 
Daha dolğun məlumat üçün həmin günlər köməkçim kimi mənə böyük dəstək verən Əsəd Fərəcovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabımda dərc olunmuş xatirəsini nəzərinizə çatdırıram: 
 
“1992-ci il aprelin 26-da axşam saatlarında Zəngilan rayon İcra Hakimiyyəti başçısı Əli Quliyev Əlisaab Orucova zəng edərək bildirmişdi ki, Ermənistan ordusu Qafan ərazisindən Azərbaycanın Zəngilan rayonunun Günqışlaq, Ağkənd, Qazançı, Dərəli, Seyidlər, Pirveys kəndlərini güclü atəşə tutublar. Erməni yaraqlıları artıq sərhəd keçərək Qazançı və Dərəli kəndlərini ələ keçiriblər. Aprelin 27-nə keçən gecə Əlisaab Orucovla Ağdamdan Zəngilana yola düşdük. Füzuli ərazisində olan dövlət avtomobil müfəttişliyi postunun yanından keçərkən orada içi Daxili Qoşunların əsgərləri ilə dolu olan bir avtobusun dayandığını gördük. Məlum oldu ki, onlar da Zəngilanın Şayıflı kəndinə getmək əmri alıblar. Əlisaab müəllim onlara: “Arxamızca gəlin!”  əmrini verdi. 
 
Zəngilan rayon mərkəzinə çatıb icra başçısı Əli Quliyevi də götürdük və  səhər saat 9-da Şayıflıda yerləşən hərbi qərargahda olduq. Orada  Əlisaab Orucov vəziyyətlə ətraflı tanış olduqdan sonra əmr etdi ki, düşməni geri oturtmaq və Ermənistanın Qafan ərazisinə girmək lazımdır, qoy bizim də əsgərlərin ayağı sərhədin o tayına – düşmən əlində olan qədim torpaqlarımıza dəysin. Bu, hamının ürəyindən oldu...
 
Bir azdan Daxili Qoşunların əsgərləri də gəlib çıxdılar. Əlisaab müəllim bütün döyüşçülər qarşısında geniş nitq söylədi. Artıq hamı mənəvi-ideoloji baxımdan da hücuma hazır idi. Həmin vaxt Arif Paşayevin komandiri olduğu Laçındakı alaydan da kömək üçün canlı qüvvə və silah-sursat göndərmişdilər.  Polkovnik- leytenant İldırım Məmmədovun əmri ilə döyüş əməliyyatları başlandı. Əvvəl artilleriya dindi. Topların nərəsindən yer-göy titrəyirdi. Sonra piyadalar hücuma keçdilər. Düşmənin ələ keçirdiyi kəndlərimiz azad edildi. Elə orada əsgərlərimizin hücumlarını gözləyən həmin kəndlərin sakinləri dərhal yenicə azad olunmuş kəndlərinə qayıtdılar. Döyüşçülərimiz artıq Ermənistan sərhədini keçib Qafan rayonu ərazisinə daxil olmuşdular. Qafan şəhərinin tüstüsü ərşə dayanmışdı. Ermənilər Qafanı tərk edirdilər. Artıq istiqamət Megri yoluna doğru idi... 
 
Döyüşün belə bir qızğın vaxtında rabitəçi bildirdi ki, müdafiə naziri Rəhim Qazıyev komandiri telefona çağırır. Danışıq zamanı hiss olunurdu ki, Rəhim Qazıyev İldırım Məmmədova bərk qəzəblənib. O isə Əlisaab Orucovun da burada olduğunu bildirdi. İldırım Məmmədov tələsik telefonun dəstəyini Əlisaab müəllimə verdi. 
 
Rəhim Qazıyev:
 
-Sizə kim ixtiyar verib ki, bizim işimizə qarışırsız? Axı kim belə bir səlahiyyət verib? Tez olun, dərhal atəşi dayandırın. Bütün Moskva, İrəvan ayağa qalxıb.
 
Əlisaab Orucov:
 
-Ermənistan bütün Dağlıq Qarabağı işğal edib. Şuşa da mühasirədədir. Bəs Moskva buna nə üçün səsini çıxarmır?  Qoy Azərbaycan əsgərinin də ayağı sərhəddən o yana – 70 ildir düşmən əlində olan tarixi torpaqlarımıza dəysin. Bəlkə ermənilərin ağılları başlarına gələ. Nə qəbahət iş görmüşük - dünya dağılmayıb ki!..
 
Rəhim Qazıyev:
 
-A kişi, sən nə danışırsan? Qafanı dağıtmısınız, 20-dən artıq çoxmərtəbəli binanı yerlə-yeksan etmisiniz. Artilleriya atəşlərini dayandırın və qüvvələri Ermənistan ərazisindən geri çəkin.
 
Əlisaab Orucov isə Rəhim Qazıyevə “Atəş dayanmayacaq, qüvvələr də geri çəkilməyəcək – deyib, əsəbi halda telefon dəstəyini rabitəçiyə verdi.
 
Onun sevincinin həddi-hüdudu yox idi. Artıq Azərbaycan əsgəri düşmən əlındə olan qədim Azərbaycan torpağına ayaq basmışdı...
 
Yarım saat keçməmiş  rabitəçi Əlisaab müəllimi çağırdı ki, respublika rəhbəri Yaqub Məmmədova cavab versin.
 
Yaqub Məmmədov:
 
-Orucov, mən sizi ağıllı bir adam bilirdim. Hansı ixtiyarla hərbçilərin işinə qarışırsız?! Kim sizə belə bir ixtiyar verib?! Sizə dəfələrlə tapşırılıb ki, bu işlərə qarışmayın. Bir baş komandan kimi sizə əmr edirəm: təxirəsalınmadan hücumu və atəşi dayandırın və Ermənistan ərazisindən geri çəkilin!!!
 
Əlisaab Orucov isə ona belə cavab verdi:
 
-Elə isə, komandirlə danışın. Mən heç kiməm. Məni buraya göndərməkə nə məqsəd güddüyünüzü indi anladım...
 
Komandir – polkovnik-leytenant İldırım Məmmədovla Yaqub Məmmədovun telefon danışığından sonra Meğri istiqamətində hücum və atəş dayandırıldı və döyüşçülərə geri – öz ərazimizə çəkilmək əmri verildi. Bu dəfə də döyüşçülərimizin əl-ayağını beləcə soyutdular. 
 
Əlisaab müəllimlə maşına əyləşib geri döndük. O, əsəbindən öz-özünə deyinirdi: “Vallah, bu millətin yiyəsi yoxdur. Olsaydı, dağı-dağ üstə qoymaq olardı. Heyf belə oğullardan ki, səriştəsiz, bacarıqsız başçıların güdazına gedəcəklər...
 
Əlisaab Orucov Moderator.az əməkdaşının “Bəs həmin vaxt faktiki dövlət sərhədini pozaraq Ermənistan ərazisinə hücum nə dərəcədə doğru idi? Bu əməliyyatların strateji məqsədi nədən ibarət idi?” sualını belə cavablandırıb:
 
“Əslində bu əməliyyatın keçirilməsində məqsəd öncə Zəngilanın kəndlərini işğal etmiş erməni ordusunu geri oturdub dərsini vermək, ikincisi də Xocalının işğalı və oradakı soydaşlarımızın dəhşətli soyqırımına məruz qoyulmasından sonra düşmənlərimizin Şuşa üzərinə hazırladıqları işğal planını pozmaq, həmin hücuma hazırlaşan düşmən qüvvələrini parçalamaq və nəticədə Şuşa ətrafında və Yuxarı Qarabağda topladıqları qoşunlarının xeyli hissəsini Ermənistan ərazisinə keçirilməsinə nail olmaq olmuşdur. Üçüncüsü də, əgər o vaxt düzgün qərar verə bilən komandanlıq olsaydı, Naxçıvandakı qoşunlarımıza da hücum əmri verib hazırda açılması böyük problemə çevrilmiş Zəngilan-Meğri-Naxçıvan yolunu, başqa sözlə, Zəngəzur dəhlizini açmaq olardı... 
 
Əfsuslar olsun ki, ölkənin o vaxtkı hərbi-siyasi komandanlığı bizim bu planımızı müdafiə etmədi. Əksinə, bizləri qınaq hədəfinə çevirdilər ki, guya bu əməliyyatlara görə beynəlxalq ictimaiyyət Azərbaycanı qınaya bilər. Amma sual olunur ki, həmin “ədalətli beynəlxalq ictimaiyyət” cəmi iki ay öncə Ermənistanın Rusiyanın birbaşa hərbi dəstəyi ilə Azərbaycan ərazisinin daxilində - Xocalıda törətdikləri misli görünməmiş işğal və soyqırımı, ondan əvvəl Xocavəndin Qaradağlı kəndində, Şuşanın Malıbəyli, Quşçular, Xocalının Meşəli kəndlərində və s. törətdikləri qətliamları niyə qınamadılar.  İkincisi də, unutmayaq ki, Uca Allah Qurani-Kərimin “Əl-Bəqərə” surəsinin 194-cü ayəsində belə buyurur: 
 
“Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir...”
 
Hesab edirəm ki, həmin dövrdə torpaqlarımız hərbi-siyasi rəhbərliyin məhz belə, bilərəkdən, ya bilməyərəkdən atdığı qətiyyətsiz, heç bir məntiqə uyuşmayan, düşmənin daha genişmiqyaslı hücumlarına şərait yaradan addımlarının sayəsində işğal olundu...  
 
1992-ci il aprelin 27-də Zəngilanın Şayıflı kəndi istiqamətindən Ermənistanın Qafan ərazisinə əks-hücumumuzun yarımçıq dayandırılmasından cəmi 11 gün sonra Şuşa, ondan da 9 gün sonra isə Laçın işğal olundu.  1992-ci il dekabrın 10-da isə erməni ordusu  gözlənilmədən Zəngilan rayonuna üç istiqamətdən hücuma keçərək Günqışlaq, Canbar, Göyəli kəndlərini tutdular, bir neçə saatdan sonra Bürünlü, Şayıflı, Qaragöl kəndlərinə doğru irəlilədilər. Strateji yüksəklikləri götürən ermənilər 15 kilometr dərininə doğru irəlilədi. Həmin gün Zəngilanın Qazançı, Dərəli, Günqışlaq, Pirevyisli, Canbar, Ağkənd, Yuxarı Gəyəli, Şərikan, Seyidlər, Bürünlü, Aşağı Gəyəli, Şayıflı kəndləri erməni bölmələri tərəfindən ələ keçirildi. Məhz həmin Şayıflı və ətraf digər kəndlərdə əhalinin evakuasiyasını təşkil edən kəşfiyyat komandiri, eləcə də kəndlərdən çıxmağa macal tapmamış 7 mülki kişi və qadın həlak oldu. O  hücum zamanı kəndlərimizi müdafiə etməyə çalışan 10 hərbçimiz də şəhid oldu. Bax, bunlar hamısı siyasi və hərbi komandanlığın düşmənin təcavüzünə vaxtında təcavüzlə cavab verib onun başını əzməyə imkan verməməsinin nəticəsi idi..
 
Onu da qeyd etmək vacibdir ki, Şayıflıdan başlanmış əməliyyatdan təxminən bir il sonra -1993-cü il aprelin 10-da cəsur komandir Firudin Şabanovun rəhbərliyi ilə Zəngilandan Qafan-Meğri istiqamətində daha bir uğurlu əməliyyat keçirilmişdi. Təəssüf ki, ordumuz 40-50 km Ermənistanın içərilərinə irəlilədikdən sonra yenə də rəhbərliyin göstərişi ilə əməliyyat yarımçıq dayandırılmışdı...
 
Azərbaycanın igid hərbçiləri mənim Prezidentin cəbhə zonasında səlahiyyətli nümayəndəsi olduğum və sonrakı dövrdə də belə yarımçıq dayandırılmış əməliyyatların çox şahidi olub...
 
(Davamı var) 
 
Qeyd: Materialda adları çəkilən şəxslərin də təsvir edilən olaylar haqda fikirlərini dinləməyə hazırıq...
 
Sultan Laçın
 
 
 
 
 
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...