Moskva ermənilərin Gorus-Xankəndi yoluyla silah daşımasına necə şərait yaratdı?..
Oxunub: 9060
29 Sep 2022 | 19:25
Moskva ermənilərin Gorus-Xankəndi yoluyla silah daşımasına necə şərait yaratdı?..
“Əslində Əlisaab Orucov və biz də yaxşı bilirdik ki, bütün işlərin başında duran məhz Polyaniçkonun özüdür…”
 
“İlk dəfə 1989-cu ilin iyulun 31-də Qarabağa silah-sursat daşınan maşın karvanlarının qarşısını kəsməyə cəhd edən Laçın camaatını sovet-rus ordusunun hərbçiləri və ermənilər atəşə tutaraq bir neçə dinc sakini yaralamışdılar...”
 
Qarabağdakı son 44 günlük müzəffər savaşımızdan sonra Azərbaycanı, Türk-İslam dünyasını sevən hər kəs səbirsizliklə işğaldan azad Şuşa, Laçın,Kəlbəcər, Qubadlı və s. ərazilərimizin əzəli əsl sakinləri ilə yenidən tam  məskunlaşmasını, o yurdlarda həyatın bütün rəngləri ilə qaynayıb-daşacağı,  eyni zamanda bununla paralel dövlətimizin, ordumuzun sorağının Xocalıdan, Xankəndindən, Əsgərandan, Ağdərədən, Xocavənddən  və s. yaşayış məntəqələrindən gələcəyi və o yurdlarımızın da məskunlaşmamız üçün hazırlanacağı əsl xoşbəxt günləri gözləyir.  Bəli, şükürlər olsun ki, dövlət başçısı bu günlərdə Laçında da  bayrağımızı ucaltdı və o şəhərimizdə də yayayış evləri ilə yanaşı, müxtəlif təhsil, səhiyyə və s. obyektlərinin də bərpası və tikintisi üçün göstərişlər verdi.  Artıq tədricən nazirlər, digər məmurlar, eləcə də deputatların dövlət quruculuğu, tikinti-bərpa, abadlıq işləri ilə bağlı Qarabağın, Şərqi Zəngəzurun bu və digər şəhər və kəndlərinə səfərləri intensivləşməyə  başlayacaq. Və təbii ki, bu səfərlərdə əsas məqsəd məcburi köçkün soydaşlarımızın işğaldan azad yurdlarında məskunlaşmasının sürətləndirilməsi olacaq…  
 
1988-1991-ci illərdə də hökumətimizin birbaşa Moskvadan idarə olunmasına rəğmən az sayda olsa da, nazirlər, məmurlar və deputatlar Qarabağ və ətraf bölgələrə səfərlər edirdi. Lakin o zaman əks bir proses gedirdi. Yəni torpaqlarımız işğal təhlükəsi altında idi və milli qeyrəti, vicdanı olan hər bir azərbaycanlı hökumət adamının o torpaqlara gedişdə əsas məqsədi insanların işsizlik, yoxsulluq və s. problemlər ucbatından öz yurd-yuvalarını tərk etməsinin qarşısını almaq idi…
 
Eyni zamanda o illərlə indiki dövr arasında bir oxşar cəhət var: o vaxt olduğu kimi, bu gün də hələ Ermənistanla sərhəd və keçmiş Dağlıq Qarabağın bir hissəsi ilə təmas xətti boyu təhlükələrdən, həmçinin  Rusiyanın faktiki olaraq torpaqlarımızda bildikləri kimi davranan “sülhməramlı” sayılan hərbi kontingentinin gözlənilməz oyun və təxribatlarından qurtulmamışıq… O günlər də Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla ermənilərin Qarabağa canlı qüvvə, silah-sursat daşıması ilə mübarizə aparırdıq, bu gün də Laçın şəhərindən keçən yola yeni alternativ yolun çəkilməsinə rəğmən yenə də həmin yola nəzarət edən Rusiya hərbçilərinin yaradacaqları şərait sayəsində eyni risklə üz-üzəyik…   
SSRİ tərkibindəki Azərbaycan hökumətinin son və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ilk Ədliyyə naziri olmuş, bununla yanaşı, bir müddət Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini daşımış Əlisaab Orucovun 2011-ci ildə çap olunmuş “Mübarizəmiz Qarabağdadır” adlı kitabındakı “Silahlar Gorus-Xankəndi yolu ilə daşınırdı...” adlı bölmədə şahidlərin dili ilə təsvir edilən olaylar da dediklərimizi təsdiqləyir. Bunları nəzərə alaraq həmin parçanı dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:
 
“Silahlar Gorus-Xankəndi yolu ilə daşınırdı... 
 
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində(DQMV) və onun ətraf rayonlarına yaxşı bələd olan, Laçın rayonunda yaşayan, müharibənin ilk günlərindən yağı düşmənə qarşı bir sıravi əsgər kimi cəsarətlə vuruşan, xidmətinin 10 ilini hərbi kəşfiyyatda olmuş Tofiq Musayev (2020-ci il dekabrın 17-də Laçın rayonunun azad edilməsindən az sonra Sumqayıtda məcburi köçkün kimi dünyasını dəyişib- S.L.) iştirak etdiyi bir çox əməliyyatlardan və hadisələrdən danışır:
“Respublikamızın müharibə gedən bölgələrini qarış-qarış gəzən Əlisaab Orucov 1989-cu ulin aprelində Laçın rayonunun Cijimli kəndinə gəldi.  Ağsaqqallar və ziyalılar ona müraciət edib işsizlikdən, camaatın kəndi tərk etmələrindən şikayətləndilər. Xeyli söhbətdən sonra belə qərara alındı ki, kənddə iş yerləri yaradıb bu yolla axının qarşısını almaq olar. Əlisaab müəllim dedi ki, Dağlıq Qarabağın bir çox kəndlərində ermənilər tərəfindən işdən qovulmiuş camaatımızın  peşəsinə uyğun olaraq iş yerləri yaratmaqla onların doğma yurdlarını tərk etmələrini dayandırmışıq.  Məsləhət oldu ki, Cijimli kənd klubunun binasında Bakıdakı müəssisələrdən birinin filialı yaradılsın. Kəndin ağsaqqalları bu işlə məşğul olmağı mənə həvalə etdilər… 
 
Əlisaab müəllim tapşırdı ki, üç gündən sonra Bakıda olum. Bakıya gedib onunla görüşdüm. Ə.Orucov zəng edib Azərbaycan SSR-in Yüngül Sənaye naziri Əhməd Mustafayevlə danışdı. Belə qərara gəldilər ki, Cijimli kəndində Bakının o vaxt “Razin” adlanan indiki Bakıxanov qəsəbəsindəki uşaq geyimləri fabrikinin filialı yaradılsın. Bundan sonra Nazirlik Yaponiyada istehsal olunmuş 43 ədəd avadanlığı maşınlara yükləyib Cijimliyə göndərdi. Bakıdan göndərilmiş mütəxəssislər həmin avadanlıqları qurdular. Kəndə yalnız təzə avadanlıqlar göndərilmişdi ki, uzun müddət işlənildikdə təmirə ehtiyac olmasın. Çünki kənddə onları təmir edə biləcək mütəxəssislər yox idi. Sexdə bir növbədə işləyən 47 qadın yaxşı əmək haqqı alırdı. Hökumətin gördüyü bu işin camaata çox xeyri dəydi...
 
Əlisaab Orucov daim müharibə gedən bölgələrdə olurdu. Ehtiyacımız olan ərzaq, hərbi texnika, silah-sursatla bizi təmin edirdi...
 
1989-cu ilin may ayı idi. Əlisaab müəllim bizimlə növbəti görüşündə bildirdi ki, ruslarla ermənilər Ermənistandan Dağlıq Qarabağ ərazisinə ərzaq və tikinti materialları adı altında külli miqdarda hərbi texnika və silah-sursat daşıyırlar. Çoxlu sayda erməni döyüşçü Ermənistandan Qarabağ ərazisinə keçir. Bunun qarşısının alınması zəruridir...
Düşmənlər silahları əsasən Gorus-Xankəndi yolu ilə avtomaşınlarla daşıyırdılar. Və həmin maşın karvanlarını müasir silahlarla silahlanmış rus-erməni hərbçiləri müşayiət edirdi.  İlk dəfə 1989-cu ilin iyulun 31-də Qarabağa silah-sursat daşınan maşın karvanlarının qarşısını kəsməyə cəhd edən Laçın camaatını sovet-rus ordusunun hərbçiləri və ermənilər atəşə tutaraq bir neçə dinc sakini yaralamışdılar... Həmin hadisədən sonra biz də lazımi qaydada silahlanan böyük dəstələrlə karvanların qarşısına çıxmağa başladıq və bu işdə müəyyən uğurlar əldə edə bildik...
 
1990-cı ilin yanvar ayının son günləri idi. Bakıya Əlisaab Orucovun iş yerinə getdim. Həmin vaxt o, kabinetində müşavirə keçirirdi. Xahiş etdim, Əlissab müəllimə bildirin ki, müharibə bölgəsindən Tofiq gəlib. O, iclası təxirə salıb məni kabinetinə dəvət etdi. Təklikdə məni dinləyib bölgədəki vəziyyətlə maraqlandı, gəlişimin məqsədini soruşdu. Cavab verdim ki, silah-sursata ehtiyacımız var. Əlisaab müəllim bir az fikirləşəndən sonra dedi ki, sənə Bakıdan silah-sursat aparmaq çətin olar. Çünki Bakı şəhərində fövqəladə vəziyyətdir. Rus hərbçiləri elə Bakıda səni silah qarışıq həbs edə bilərlər. Sabah cəbhə bölgəsində silah-sursatı sənə çatdırarlar... Həmin gün cəbhəyə qayıtdım. Məni əliboş görən döyüşçülərin qanı qaraldı. Tez onlara Əlisaab müəllimin vədini çatdırdım... 
 
Ertəsi gün Ə.Orucovun tapşırığı ilə cəbhə bölgəsinə Kürdəmir rayon milis şöbəsinin rəisi Elxan Hacıyevin sürücüsü Bəhram gəldi. O, idarə etdiyi qara rəngli “Qaz-24” markalı avtomaşında gətirdiyi silah-sursatı döyüşçülərə çatdırdı... 
Təəssüf ki, 1990-cı ilin mayından başlayaraq ermənilərin maşın karvanlarının qarşısını almaq qeyri-mümkün oldu. Çünki bu karvanları müşayiət edən və sayca çox olan silahlı quldurların qarşısına çıxıb onları bu işdən çəkindirmək mümkün deyildi.  Hadisələrin belə bir vəziyyət almasını görən Əlisaab müəllim bizə məsləhət bildi ki, həmin vaxt Qarabağda Kremlin təşkil etdiyi Respublika Təşkilat Komitəsinin rəhbəri olan Polyaniçkonun qəbuluna düşüb ondan ermənilərin Qarabağa silah daşımasının qarşısının alınmasını tələb edək... Xankəndinə gedib çox çalışdıq ki, Polyaniçkonun qəbuluna düşək, mümkün olmadı.  Arkadi Volskinin vaxtında olduğu kimi, indi də heç cür onun qəbuluna düşə bilmədik. Xankəndinin mərkəzində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin binasında əyləşən Polyaniçkonu iki cərgədən ibarət mühafizə dəstəsi qoruyurdu. Birinci sərgədə dayanan erməni yaraqlılarından ibarət dəstə maşınlarda növbə çəkirdilər. İkinci cərgədə isə rus silahlı hərbçiləri dayanırdılar. Biz azərbaycanlılar heç birinci cərgədən keçə bilmədik ki, Polyaniçkonun qəbuluna düşə bilək. Onun qəbuluna düşmək mümkün deyildi... 
Əslində Əlisaab Orucov və biz də yaxşı bilirdik ki, bütün işlərin başında duran məhz Polyaniçkonun özüdür. Şikayət etməkdə məqsədimiz onu fakt qarşısında qoymaq idi ki, bəlkə bu işdə nəsə bir dəyişiklik yarada bilək. Mühafizəsini də o qaydada Polyaniçko özü belə təşkil etmişdi ki, azərbaycanlılarla üzbəüz gəlməsin və köməksiz qalan azərbaycanlılar məcbur olub nəinki vilayəti, hətta ətraf rayonları da tərk etsinlər...
 
(Davamı var) 
 
Təqdim etdi: Sultan Laçın
 
 
 
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."