19:09
20°C
Bakı
ABŞ-nin Oreqon ştatının akvatoriyasında 5.7 bal gücündə zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:53-də (Bakı vaxtı ilə saat 14:53 - red.) qeydə alınıb.
Zəlzələnin episentri Pistol-River yaşayış məntəqəsindən təxminən 159 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib.