Bizi sosial şəbəkələrdən izləyin:
LUKOIL neft şirkətinin həmtəsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Forbes" jurnalının reytinq cədvəlində rusiyalı milyarderlərin ən zəngin varisləri siyahısına başçılıq edib.
Moderator.az xəbər verir ki, bu barədə sözügedən nəşrdə məlumat verilib.
Vahid Ələkbərovun oğlunun sərvəti 560 milyon dollar məbləğində qiymətləndirilir.
Qeyd olunur ki, o, atası tərəfindən təsis edilmiş LUKOIL şirkətində 0.2% paya sahibdir. Onun həmçinin öz biznesi - ötən ilin martında YVS metal konstruksiyalar və sənaye avadanlıqları zavodunun şəxsi fonduna verilmiş "Ekto" holdinqi də var.
Keçən ilin sonunda fond "Ekto"ya qoyulan investisiyanı 31 milyard rubl (740 milyon manatdan çox - red.), fonda köçürülən likvid aktivləri isə 4.9 milyard rubl (115 milyon manatdan çox) olaraq qiymətləndirib ki, bu da ilin sonuna olan məzənnə ilə 460 milyon dollar təşkil edir.
Reytinqdə ikinci yeri "Novatek" və "Sibur" şirkətlərinin əsas sahibinin qızı Viktoriya Mihelson tutub. Rusiya milyarderlərinin ən varlı varisləri siyahısında üçüncü yeri "EuroChem"in sahibi Andrey Melniçenkonun övladları - Tara və Adrian tutublar.