Bizi sosial şəbəkələrdən izləyin:
"Zirə" futbol klubu türkiyəli hücumçu ilə bağlı qərarını verib.
Moderator.az İdmanxeber.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Eren Aydınla müqaviləni uzadıb. Rəşad Sadıqovun israrla istədiyi futbolçu ilə rəhbərlik razılıq əldə edib.
Türkiyəli forvardla 3 illik müqavilə imzalanıb. O, bir neçə klubdan təklif alsa da, "Zirə"də qalmağa üstünlük verib.
23 yaşlı futbolçu Sadıqovla çalışmaq istədiyi üçün Azərbaycanda qalmaq istəyib.
Eren Aydın ötən mövsüm "qartallar"da 15 matçda 4 qol vurub.