NASA Ay bazasının tikintisində süni intellekt və dronlardan istifadə edəcək
Dünya
126
09:10, Bu gün

NASA Ay bazasının tikintisində süni intellekt və dronlardan istifadə edəcək

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Ayda baza tikintisi zamanı dronlar və süni intellekt texnologiyalarından geniş istifadə etməyi planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə NASA-nın Ay bazası proqramının rəhbəri Karlos Qarsia-Qalan məlumat verib.
 
Onun sözlərinə görə, süni intellekt layihənin əsas istiqamətlərindən biri hesab olunur. Bu texnologiyalar ərazilərin tədqiqi və eniş üçün uyğun məkanların müəyyənləşdirilməsində mühüm rol oynaya bilər.
 
Qarsia-Qalan bildirib ki, layihənin ilkin mərhələsində işlər sınaq və səhvlər prinsipi əsasında aparılır.
 
"Biz hələ bu prosesin başlanğıc mərhələsindəyik. Hazırda hansı sistemlərə ehtiyac olduğunu və onların üzərində hansı alətlərin quraşdırılacağını müəyyənləşdiririk", - deyə NASA rəsmisi qeyd edib.
 
Xatırladaq ki, NASA daha əvvəl 2032-ci ilə qədər Ayda ABŞ-yə məxsus yaşayış stansiyasının yaradılması planlarını açıqlamışdı.
 
Link kopyalandı!
Son xəbərlər