Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır
Dünya
292
30 May 2026 | 22:50

Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır

Konqo Demokratik Respublikasının İturi əyalətində Ebola virusu misli görünməmiş sürətlə yayılmaqdadır.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Sərhədsiz Həkimlər" beynəlxalq təşkilat;n;n əməliyyatlar üzrə direktor müavini Alan Qonsales bildirib.
 
O deyib ki, epidemiya elan edildikdən qısa müddət sonra bu qədər yüksək yoluxma sayının qeydə alınması Ebola tarixində ilk dəfədir.
 
"Epidemiya elanından iki həftə sonra vəziyyət hələ də ciddi narahatlıq doğurur və cavab tədbirləri virusun yayılma sürətindən geri qalır", - deyə o bildirib.
 
Onun sözlərinə görə, hər gün yeni şübhəli yoluxma halları qeydə alınır, lakin yüzlərlə nümunə hələ də yoxlanılmayıb. Eyni zamanda sərhədlərin və hava limanlarının bağlanması dərmanların, humanitar yardımın və mütəxəssislərin bölgəyə çatdırılmasını çətinləşdirir.
 
Qeyd edək ki, Konqo DR hökuməti mayın 15-də Ebola epidemiyasını elan edib. Yoluxmaya səbəb olan virusun "Ebola-Bundibugyo" ştamı olduğu bildirilir.
 
Hazırda əsas yoluxma ocağı İturi əyalətindədir, həmçinin Şimali və Cənubi Kivu bölgələrində yoluxma halları artıb. Ümumilikdə 1 000-dən çox şübhəli yoluxma və təxminən 240 ölüm halı qeydə alınıb.
Link kopyalandı!
Son xəbərlər