Yaponiyada tarixi əhali azalması yaşanır: Beş ildə rekord itkilər!
Dünya
424
17:38, Bu gün

Yaponiyada tarixi əhali azalması yaşanır: Beş ildə rekord itkilər!

Yaponiyada hökumətin doğum səviyyəsini artırmaq və əhali azalmasının qarşısını almaq üçün həyata keçirdiyi təşviq və tədbirlərə baxmayaraq, ölkə son beş ildə rekord demoqrafik geriləmə ilə üzləşib.

Rəsmi siyahıyaalma məlumatlarına əsasən, Yaponiyanın əhalisi son beş ildə 2,5 faiz azalaraq 123 milyona enib. Beləliklə, ölkədə əhalinin sayı beş il ərzində 3 milyondan çox nəfər azalıb.

Məlumata görə, bu göstərici 1920-ci ildən etibarən aparılan siyahıyaalmalarda qeydə alınmış ən böyük əhali itkisi hesab olunur. Ölkədə əhali sayı artıq ardıcıl üçüncü siyahıyaalma dövrüdür ki, azalır.

Mütəxəssislər demoqrafik böhranın əsas səbəbi kimi doğum səviyyəsinin uzun müddətdir aşağı qalmasını və ölümlərin sayının doğumlardan xeyli çox olmasını göstərirlər. Eyni zamanda, əhalinin sürətlə qocalması da Yaponiyanın üzləşdiyi ən ciddi sosial problemlərdən biri hesab olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər