Belarus Prezidenti Aleksandr Lukaşenko fransalı həmkarı Emmanuel Makronun etibarlı nümayəndəsinin yaxın zamanda Minskə səfər edəcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, Belarus lideri bu barədə jurnalistlərlə söhbətində danışıb.
Hər iki dövlət başçısı mayın 24-də uzun müddətdən sonra ilk dəfə telefon danışığı aparıblar.
"Mən ona dedim: "Bax biz səninlə ünsiyyət qururuq və bu, əslində, açıq rabitə kanalıdır. Belə formatda biz nə barədə söhbət edə bilərik? İrəvandan sonra sən nə Moskvaya, nə də Minskə gəlmisən. Söhbət mövzusu nədir?" O isə mənə cavab verdi: "Cənab Prezident, siz mənim etibarlı nümayəndəmi qəbul edib onunla söhbət edə bilərsinizmi ki, sonra o hər şeyi mənə çatdırsın?" – Lukaşenko danışıb.
O əlavə edib ki, bu səfərə razılıq verilib.
"Yaxın günlərdə – bazar ertəsi və ya çərşənbə axşamı, dəqiq xatırlamıram – bu adam bura gələcək. Onun soyadını açıqlamayacağam... Bu onun tam etibar etdiyi, vəziyyətdən xəbərdar olan adamıdır. Mən isə ona bütün mövcud problemləri ətraflı şəkildə izah edəcəyəm" – Belarus lideri bildirib.