Rusiya səfiri PUA insidentindən sonra Rumıniya XİN-ə çağırıldı
Dünya
468
14:57, Bu gün

Rusiya səfiri PUA insidentindən sonra Rumıniya XİN-ə çağırıldı

Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipov Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Oana Tsoi "X" sosial şəbəkəsində məlumat verib.
 
Diplomatın sözlərinə görə, Rumıniya Müdafiə Nazirliyində binaya çırpılan pilotsuz təyyarənin Rusiya mənşəli olmasına dair sübutlar var. Xarici işlər naziri əlavə edib ki, ölkənin təhlükəsizliyi mütləq prioritetdir.
 
Qeyd edək ki, Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz təyyarə yaşayış binasına çırpılıb. Hadisə nəticəsində mənzillərdən birində yanğın başlayıb.
 
Tsoi bildirib ki, Rumıniyanın sərhəd bölgəsində yaşayış binasına pilotsuz təyyarə zərbəsi NATO-nun 4-cü maddəsinə əsasən məsləhətləşmələr üçün əsas ola bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər