ABŞ hakimiyyəti Kubanın keçmiş lideri Raul Kastronun ölkəyə ekstradisiya olunması üçün bütün mümkün addımları atmağa hazırdır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin rəhbəri və baş prokuror vəzifəsini icra edən Todd Blanş “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun məqsədi Raul Kastronu ABŞ ərazisinə gətirmək və məhkəmə qarşısına çıxarmaqdır.
“Bizə Kastronun burada olması və məhkəmə qarşısına çıxması lazımdır. Onu bura gətirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Blanş vurğulayıb.