23:09
21°C
Bakı
ABŞ ilə İran arasında danışıqlar prosesində irəliləyiş müşahidə olunub.
Moderator.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fədahüseyn Maliki deyib.
"Danışıqlar prosesində əhəmiyyətli irəliləyiş müşayiət olunub və İranın təkliflərinin böyük hissəsi qəbul edilib", - F. Maliki bildirib.
Onun sözlərinə görə, parlamentin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Qətərə səfəri çərçivəsində İranın dondurulmuş aktivləri də müzakirə edilib: "Maliyyə resurslarının sərbəst buraxılması məsələsində müsbət qiymətləndirmələr qeydə alınıb".