00:02
21°C
Bakı
Avropa Ukrayna ilə bağlı mümkün sülh danışıqlarında vasitəçi deyil, tamhüquqlu tərəf kimi iştirak etmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavrö brifinqdə bildirib.
“Avropa yalnız vasitəçi deyil, danışıqların tərəflərindən biri ola bilər. Çünki burada məhz Avropanın maraqları təhlükə altındadır və onun danışıqlara təsir göstərə biləcək rıçaqları var”, – deyə diplomat bildirib.