Bessent: ABŞ Hörmüz boğazından keçidə görə ödəniş tətbiqinə imkan verməyəcək
Dünya
128
28 May 2026 | 23:05

Bessent: ABŞ Hörmüz boğazından keçidə görə ödəniş tətbiqinə imkan verməyəcək

ABŞ Maliyyə naziri Skott Bessent Hörmüz boğazından keçən gəmilər üçün ödəniş sisteminin yaradılması cəhdlərinin qarşısının alınacağını bildirib.

Moderator.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

“ABŞ hökuməti Hörmüz boğazından keçid üçün hər hansı ödəniş sisteminin tətbiqinə dözməyəcək”, – deyə Bessent vurğulayıb.

Nazirin sözlərinə görə, Oman da bilməlidir ki, ABŞ Maliyyə Nazirliyi boğazdan keçid üçün ödəniş tətbiqinə birbaşa və ya dolayısı ilə yardım edən tərəflərə qarşı sərt tədbirlər görəcək.

“Bu prosesdə iştirak edən tərəfdaşlar sanksiyalarla üzləşəcək”, – deyə o qeyd edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər