Mixeil Saakaşvilinin yeni imici müzakirələrə səbəb oldu - FOTO
Dünya
252
15:00, Bu gün

Mixeil Saakaşvilinin yeni imici müzakirələrə səbəb oldu - FOTO

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili məhkəmə qarşısına fərqli imicdə çıxıb. O, iclasa yeni saç düzümündə və yaxası qırmızı naxışlı, vışivankanı xatırladan köynəkdə gəlib.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Mənbə siyasətçinin məhkəmə zalında çəkilmiş şəklini paylaşıb. Lakin dinləmənin hansı işlə əlaqədar keçirildiyi barədə təfərrüat verilməyib.

Xatırladaq ki, Saakaşvili 2004-2013-cü illərdə ardıcıl iki müddətə Gürcüstana rəhbərlik edib. 2015-ci ildə o, Ukrayna vətəndaşlığını qəbul edərək bir müddət ölkə başçısı Petro Poroşenkonun ştatdankənar müşaviri kimi fəaliyyət göstərib və islahatlar üzrə beynəlxalq məsləhət şurasına sədrlik edib.

2021-ci ilin oktyabrında bələdiyyə seçkisi ərəfəsində Gürcüstana qayıdan Saakaşvili saxlanılaraq cəzasını çəkmək üçün həbsxanaya göndərilib. O, kamerada aclıq aksiyası keçirib, ardınca səhhətinin pisləşdiyini bildirərək bu səbəbdən azadlığa buraxılmasını tələb edib.

Mixeil Saakaşvilinin yeni imici müzakirələrə səbəb oldu - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər