Cənubi Koreyanın ilk atom sualtı qayığının istismara veriləcəyi tarix açıqlandı
Dünya
210
14:27, Bu gün

Cənubi Koreyanın ilk atom sualtı qayığının istismara veriləcəyi tarix açıqlandı

Rəsmi Seul 2030-cu illərin ortalarına qədər özünün ilk atom sualtı qayığını istismara verəcək.

Moderator.az "Reuters" agentliyinə istinadən bildirir ki, bunu Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek açıqlayıb.

Onun sözlərinə görə, sualtı qayıq az zənginləşdirilmiş uran yanacağından istifadə edəcək, eyni zamanda Cənubi Koreyada hazırlanacaq.

Nazir deyib ki, Seul nüvə yanacağının fasiləsiz tədarükünə zəmanət yaratmaq məqsədilə Vaşinqtonla, radioaktiv elementlərin yayılmamasına nəzarət məsələləri istiqamətində isə MAQATE ilə sıx əməkdaşlıq edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər