Şahbaz Şərif Çində səfərdədir
Dünya
123
16:34, Bu gün

Şahbaz Şərif Çində səfərdədir

Pakistanın Baş naziri Şahbaz Şərif Çində rəsmi səfərdədir.

Moderator.az xəbər verir ki, bu barədə Pakistan baş nazirinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə həmçinin xarici işlər naziri Məhəmməd İshaq Dar da var.

Şərif səfər çərçivəsində Xançjouda Çjetszyan əyalətinin partiya rəhbərliyi ilə görüşəcək.

Həmçinin Pakistan və Çin şirkətləri arasında əməkdaşlığın inkişafı məqsədilə təşkil olunmuş biznes-forumda iştirak edəcək.

Səfər çərçivəsində sazişlərin və anlaşma memorandumlarının imzalanması planlaşdırılır.

Qeyd edək ki, Şərifin Çinə səfəri mayın 26-dək davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər