16:28
23°C
Bakı
Havay adalarında 5.9 bal gücündə zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 11:46-da, təxminən 2 500 nəfər əhalisi olan yaşayış məntəqəsindən təxminən 12 kilometr cənubda qeydə alınıb.
Zəlzələnin episentri 24.5 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə hələlik məlumat verilməyib.