Güləş üzrə dünya çempionatının keçiriləcəyi yer dəyişdi
İdman
143
22 May 2026 | 23:10

Güləş üzrə dünya çempionatının keçiriləcəyi yer dəyişdi

Dünya Güləş Birliyi (UWW) və Bəhreyn Güləş Federasiyası 2026-cı il dünya çempionatının Manamadan Qazaxıstanın paytaxtı Astanaya köçürüldüyünü rəsmi olaraq elan ediblər.

Moderator.az xəbər verir ki, bu barədə UWW-in rəsmi saytında məlumat verilib.

Yarışın əvvəlcə 24 oktyabr - 1 noyabr 2026-cı il tarixlərində Bəhreynin paytaxtında keçirilməsi planlaşdırılırdı. Lakin Yaxın Şərqdəki münaqişə ilə əlaqəli risklər səbəbindən turnirin orada keçirilməsi qeyri-mümkün hesab edilib.

Bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən İran arasında müharibə fevralın 28-də başlayıb. Aprelin 8-dən bəri hərbi əməliyyatlar dayandırılıb, lakin hər iki tərəf vaxtaşırı olaraq yenidən münaqişənin başlama ehtimalını qeyd edir.

Bildirilir ki, hazırlığın son mərhələlərində problemlərin qarşısını almaq üçün qərar erkən verilib.

Qırğızıstan və Özbəkistan da turnirə ev sahibliyi etmək üçün müraciət ediblər, lakin Astana cəmi bir səslə qalib gəlib.

UWW-dən əlavə ediblər ki, tarixlər və detallar barədə əlavə məlumat daha sonra açıqlanacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər