ABŞ-də UNO-larla bağlı yeni MƏXFİ SƏNƏDLƏR AÇIQLANDI
Dünya
201
18:47, Bu gün

ABŞ-də UNO-larla bağlı yeni MƏXFİ SƏNƏDLƏR AÇIQLANDI

Birləşmiş Ştatlarda naməlum uçan obyektlərlə bağlı yeni sənədlər işıq üzü görüb.

Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.

Qeyd edilib ki, qanun çərçivəsində edilən müraciətdən sonra "Disclosure Foundation" təşkilatı Milli Təhlükəsizlik Agentliyinin 300 səhifədən çox hesabatını əldə edə bilib. Məxfiliyi ləğv edilən sənədlərdə bildirilir ki, ulduz formalı uçan naməlum obyektin (UNO) qarşısını almaq üçün 13 qırıcı havaya qaldırılıb.

Hesabatların birində şahid bu sirli uçan aparatı təsvir edib. Onun sözlərinə görə, həmin obyekt təyyarəyə qətiyyən oxşamırdı:

"UNO böyük yüksəklikdə sıçrayışlarla hərəkət edərək davamlı şəkildə istiqamətini dəyişirdi. O, yüngül mavi çaları olan ağ rəngdə parlayırdı".

Digər materiallarda isə alçaqdan səssiz uçaraq yönünü dəyişən iki sarı işıqlı obyektdən, o cümlədən günəşdən də parlaq olan sferik formalı UNO-dan bəhs olunur.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Hərb Nazirliyi Prezident Donald Trampın göstərişinə əsasən uçan naməlum obyektlərə dair 160-dan çox sənədi ictimaiyyətə təqdim edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər