Paşinyanın Aİİ-nin tədbirinə qatılmamasına Rusiyadan rəsmi münasibət
Dünya
173
16:10, Bu gün

Paşinyanın Aİİ-nin tədbirinə qatılmamasına Rusiyadan rəsmi münasibət

"Moskva İrəvandan Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqı liderlərinin görüşündə iştirak etməyəcəyi barədə rəsmi bildiriş alıb. Bu ölkəni tədbirdə baş nazirin müavini Mqer Qriqoryan təmsil edəcək".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova brifinqdə bəyan edib.

"Üzv dövlətlərin nümayəndələrinin bu və ya digər səbəbdən qurumun işində iştirak etmədiyi halları əvvəllər də olub. Bu, arzuolunmazdır, lakin müxtəlif səbəblərdən belə hallar müşahidə edilir.

Ermənistan liderinin ittifaqın tədbirlərində iştirak etməməsi isə artıq sistematik hala çevrilir. Nikol Paşinyan bunu bu sahədə yaradıb...

Əlbəttə ki, ittifaqın özü üçün heç bir faciə yoxdur, məsələ yalnız Ermənistanın özündədir", - deyə diplomat bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər