BƏƏ-də atom stansiyasını vuran dronlar BU ÖLKƏDƏN BURAXILIB
Dünya
162
08:50, Bu gün

BƏƏ-də atom stansiyasını vuran dronlar BU ÖLKƏDƏN BURAXILIB

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) mayın 17-də "Baraka" (Barakah) atom elektrik stansiyasına hücum edən pilotsuz uçuş aparatları (PUA), həmçinin sonradan zərərsizləşdirilən daha altı dron İraq ərazisindən buraxılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin rəsmi bəyanatında bildirilir.
 
Nazirliyin "X" sosial şəbəkəsində yaydığı sənəddə qeyd olunur ki, son 48 saat ərzində Əmirliklərin hava hücumundan müdafiə (HHM) sistemləri "düşmənə məxsus altı PUA-nı uğurla aşkarlayaraq xüsusi məharətlə zərərsizləşdirib".
 
BƏƏ-nin mülki və kritik əhəmiyyətli obyektlərinə hücum etməyə cəhd göstərən dronların heç bir tələfat və ya infrastruktur ziyanı vurmadan neytrallaşdırıldığı dəqiqləşdirilir.
 
Müdafiə Nazirliyi vurğulayıb ki, "Baraka" AES-də baş vermiş hadisə ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri və texniki monitorinq məlumatları "mayın 17-də həyata keçirilən hücumda iştirak edən üç PUA-nın və sonradan ələ keçirilən digər aparatların İraq ərazisindən buraxıldığını təsdiqləyib".
 
Xatırladaq ki, daha əvvəl Əbu-Dabi əmirliyinin rəsmiləri PUA-nın "Baraka" AES-in yaxınlığındakı generatora çırpılması nəticəsində yanğın baş verdiyini açıqlayıb. Həmin vaxt Əmirliklərin HHM qüvvələri ölkənin hava məkanını qərb sərhədi istiqamətindən pozan üç pilotsuz aparatı qeydə alıb, onlardan ikisi havada məhv edilib, üçüncüsü isə AES-in yanındakı elektrik generatoruna zərbə endirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər