Ürəyində problem olanlar üçün ikiqat təhlükə: Hantavirus hansı fəsadlara yol açır?
Sağlamlıq
142
08:35, Bu gün

Ürəyində problem olanlar üçün ikiqat təhlükə: Hantavirus hansı fəsadlara yol açır?

Hantavirusa yoluxma zamanı ürək xəstəlikləri olan insanlarda ağırlaşma riski digərlərinə nisbətən daha yüksəkdir.
 
Bu barədə "RİA Novosti" agentliyinə uruqvaylı kardioloq Alexandro Kroker məlumat verib.
 
O qeyd edib ki, xroniki və yanaşı xəstəliklər hantavirus infeksiyası zamanı fəsadların inkişaf riskini əhəmiyyətli dərəcədə artırır:
 
"Ürək xəstəlikləri də burada istisna deyil. Bu qrupdan olan xəstələrdə ağırlaşmalar daha tez-tez və kəskin formada yaranır", - deyə həkim bildirib.
 
Mütəxəssisin sözlərinə görə, hantavirus insanda miokardiopatiyaya (ürək əzələsinin funksiyasının pozulması və zədələnməsi) səbəb ola bilər ki, bunun da sonradan xroniki ürək çatışmazlığına çevrilməsi istisna olunmur. /Oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər