Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək.
Moderator.az xəbər verir ki, final görüşündə "Frayburq" (Almaniya) və "Aston Villa" (İngiltərə) komandaları üz-üzə gələcək.
Avropanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının finalı hər iki komanda üçün tarixi əhəmiyyət daşıyır. “Frayburq” tarixində ilk dəfə bu turnirin kubokunu qazanmağa çalışacaq. “Aston Villa” isə uzun illərdən sonra Avropa səhnəsində böyük uğura imza atmaq istəyir. İngiltərə klubu mövsüm boyu stabil çıxışı ilə diqqət çəkib və finala qədər güclü rəqibləri mübarizədən kənarlaşdırıb.
İstanbulda baş tutacaq oyuna saat 23:00-da start veriləcək.
Avropa Liqası
Final
20 may
23:00, "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə)
İstanbul, "Beşiktaş Park Arena"