ABŞ Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətini uzadır
Dünya
152
20:13, Bu gün

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətini uzadır

ABŞ Maliyyə Nazirliyi gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı və daşınması əməliyyatlarının ABŞ sanksiyalarından çıxarılmasını daha 30 gün uzadır.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl bir neçə dövlət Rusiya neftinin satın alınması üçün daha çox vaxt əldə etmək məqsədilə bununla bağlı xahiş edib.

Xatırladaq ki, ABŞ aprelin 17-dək olan dövrdə tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatların mayın 16-dək həyata keçirilməsinə icazə vermişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər