Pezeşkiandan şok etiraf -
Dünya
365
14:48, Bu gün

Pezeşkiandan şok etiraf - "Yalan danışmağı buraxın, ağır müharibə şəraitindəyik"

İran Prezidenti Məsud Pezeşkian ölkənin dövlət rəsmilərinə və siyasətçilərinə müraciət edərək, cəmiyyətdə şok effekti yaradan kəskin və qorxmaz bəyanatlarla çıxış edib.
 
Moderator.az xəbər verir ki, icra hakimiyyəti orqanlarının ictimaiyyətlə əlaqələr toplantısında danışan Pezeşkian xarici güclərlə amansız qarşıdurma şəraitində dövlətin bütün resurslarının təcili səfərbər edilməsinin vacibliyini vurğulayıb.
 
İran lideri rəsmi şəxsləri xalqa yalan danışmağı dayandırmağa və ölkədə guya hər şeyin qaydasında olması barədə saxta rifah illüziyası yaratmaqdan əl çəkməyə çağırıb. Düşmənin namərdcəsinə hərəkət etdiyini, ölkə rəhbərliyini, komandirləri, nazirləri hədəf aldığını, həmçinin tələbələrə və dinc əhaliyə zərbələr endirdiyini etiraf edən prezident daxili siyasətdə köklü dəyişikliklərin anonsunu verib: "Əgər biz müharibə şəraitindəyiksə, döyüş nizamı almalıyıq. Elektrik stansiyaları, neft-kimya sənayesi və polad kombinatı da daxil olmaqla, çoxsaylı strateji obyektlərimiz hücuma məruz qalıb. Yalandan iddia edə bilmərik ki, heç bir problemimiz yoxdur və düşmən məhv edilir. Məsul şəxslər cəmiyyətlə dürüst danışmalı, düşmənin tamamilə yox olması fonunda bizim tərəfimizdə mütləq rifah varmış kimi saxta obraz yaratmaqdan qaçmalıdırlar. Biz özümüz də çox ciddi çağırışlarla və böhranla üz-üzəyik", — deyə Pezeşkian Tehrandakı siyasi elitanı sarsıdan çıxış edib. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər