21:30
20°C
Bakı
Hazırda Yer kürəsində G1 səviyyəli maqnit fırtınası müşahidə olunur.
Moderator.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası açıqlama yayıb.
"Yer kürəsində G1 səviyyəsinə aid maqnit qasırğası qeydə alınıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, G1 göstəricisi zəif kateqoriyalı maqnit fırtınasına uyğun hesab olunur.