Tramp:
Dünya
278
17:57, Bu gün

Tramp: "ABŞ geri qayıdacaq və İrandakı əməliyyatları başa çatdıracaq"

"ABŞ geri qayıdacaq və İrandakı əməliyyatları başa çatdıracaq".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp təyyarədə jurnalistlərlə söhbətində bildirib.

"Biz, yəqin ki, işin 70-75%-ni başa çatdırdıq. Hər şeyi axıra qədər etmədik. Qayıdacağıq və hər şeyi tamamlayacağıq", - deyə Ağ Evin rəhbəri vurğulayıb.

Mayın 15-də Tramp bəyan edib ki, əgər İran zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməsə, amerikalılar özləri onun dalınca gələcəklər.

Elə həmin gün İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehranla Vaşinqton arasında kövrək atəşkəs rejimi qorunur və bu, diplomatik həll yoluna şans vermək üçün zəruridir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər